Azerbaijan

Alman alimləri laboratoriyada aparılan son araşdırmanın NƏTİCƏLƏRİNİ ELAN ETDİ

Zamanla, bəzi hallarda koronavirus infeksiyasına qarşı yaranmış antikorların sayı əhəmiyyətli dərəcədə azalır ki, bu da yenidən yoluxma ehtimalını artırır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu qənaət alman tədqiqatçılar tərəfindən yanvar ayının sonlarında Münhen Şvabinq klinikasında müalicə olunan ilk xəstələrin qan analizləri nəticəsində əldə edilib. Yoluxucu xəstəliklər klinikasının baş həkimi tərəfindən verilən açıqlamada bildirilib ki, laboratoriyada aparılan test nəticələrinə görə, doqquz xəstədən dördündə zərərsizləşdirici antikor sayı azalıb. Mütəxəssislərin sözlərinə görə, bunun uzunmüddətli immunitetə nə dərəcədə təsir etdiyi hələ məlum deyil, lakin tədqiqatın nəticələri və müşahidələr göstərir ki, COVID-19 olan xəstələr yenidən yoluxa bilər.

Xatırladaq ki, Çin alimləri koronavirusun asimptomatik daşıyıcılarında ağır simptomlara yoluxanlara nisbətən daha az antikor olduğunu söyləmişdi. Üstəlik, bu antikorların “xidmət müddəti” daha qısadır. Tədqiqatçıların fikrincə, asimptomatik daşıyıcılarda koronavirusa qarşı antikor iki həftədən sonra yox olur.

Alimlər həmçinin koronavirus xəstələrinə immunitet problemləri ilə bağlı xəbərdarlıq edib. Mütəxəssislər qanda limfosit sayının azalmasının COVID-19 olan xəstələrdə tipik simptom olduğunu qeyd edib.

Aytən Məftun

Football news:

Coach Of Brentford: We went from a mid-level team to the third team of the season. This is an incredible achievement
Burnley are not going to sell Tarkowski for less than 50 million pounds
Lester wants to rent Trincou at Barca with the obligation of ransom for 50 million pounds
Scott Parker: Fulham have a lot to progress. And I am happy about it
Manchester United are threatening to pull out of negotiations for Sancho if Borussia do not reduce the price from 120 million euros
Cesc about Casillas: You are a mirror to look into
Lone mascots are another symbol of the year