Azerbaijan

Arif Qasımovun işdən çıxarılmasına səbəbi… – Video

Arif Qasımovun işdən çıxarılmasına səbəbi... - Video

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov vəzifəsindən azad edilib.

"Qafqazinfo"nun məlumatına görə, Arif Qasımovun vəzifədən azad edilməsinə AzTV-nin ötən gün Nizami rayonunun M.X.Şərifli və Ş.Mirzəyev küçələrinin kəsişməsində yerləşən parkda qanunsuz tikilmiş obyektlə bağlı hazırladığı süjetin səbəb olduğu bildirilir.

Süjetdə bildirilib ki, dövlətin həyata keçirdiyi sosialyönümlü layihələrin hər biri vətəndaşların güzəranının daha da yaxşılaşdırılmasına hesablandığı halda bəzi şəxslər yalnız maddi qazanc haqqında fikirləşir. Maddi qazanc uğrunda görülən işləri, vətəndaşların haqlarını heçə belə saymaqdan çəkinmirlər.

Qeyd olunub ki, bəzi hallarda acgözlük, artıq tamah bütün mənəvi dəyərləri üstələyir. Vətəndaşlar üçün salınan bu parkda ot örtüyünün üzərində hansısa qazanc məqsədli obyektin tikilməsini, yəqin ki, başqa cür izah etmək mümkün deyil. Vətəndaşlar da belə vəziyyətdən məmnun deyillər.

Bu gün səhər saatlarında isə sakinlərin də narazılığına səbəb olan obyek sökülüb.

Bir müddət sonra isə Prezident İlham Əliyev rayonun icra başçısı Arif Qasımovun vəzifədən azad edilməsi ilə bağlı sərəncam imzalayıb. Arif Qasımov bu posta 2015-ci ildə təyin olunmuşdu.

Football news:

Berbatov – Bale: Gareth, I want to see you play football!
Arturo Vidal: Bayern are always the favourites, but Barcelona is the best team in the world
Kike Setien: Lewandowski is a great player, but he is not on the level of Messi
The great Milan of the noughties are already coaches: Gattuso is rebuilding Napoli, Shevchenko is going to the Euro, some are still at the club
The Premier League will not have a winter break in the 2020/21 season. Start-September 12, end-may 23
Liverpool have entered talks with Bayern over Tiago
Vertonghen goes to Benfica. The contract is for 3 years