Azerbaijan

Arzu Nağıyev: Hazırda Azərbaycan Ordusu vəziyyətə nəzarət edir, sakinlər arasında bir qorxu, panika yoxdur - VİDEO

Bu kəndlər mənə çox yaxın olan yerlərdir, mən vaxtı ilə bu ərazilərin qorunmasında xidmət etmişəm. Yenə də bu kəndlərin sakinləri mərdliklə erməni təxribatına qarşı dayanıblar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu hazırda Tovuzda olan Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.

Onun sözlərinə görə, bu gün də göründüyü kimi burda yaşayan insanlar bu yaşayışı həyat obrazına çevirib. Silahlı Qüvvələrimizlə birlikdə burda yaşayan sakinlər də ərazilərin qorunmasında iştirak edir:

"Vəziyyət Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Ermənilərin bu təxribatı törətməkdə məqsədlərindən biri Tovuzun Ağdam kəndi istiqamətində olan yüksəklikləri ələ keçirmək və bu istiqaməti nəzartə saxlamaq üçün edirlər".

A.Nağıyev bildirib ki, Ermənistan hakimiyyətinin digər məqsədlərindən biri bu təxribat törədib atəşkəsi pozmaqla üzv olduqları digər təşkilatları da bu münaqişəyə cəlb etməkdir:

"Digər məqam isə Ermənistan cəmiyyəti Azərbaycanın müstəqil siyasətini, beynəlxalaq təşkilatlarda nüfuzunun qalxmasını istəmirlər. Məhz buna görə də bu münaqişədən vasitə kimi istifadə edirlər.

Üçüncü məqam isə odur ki, ermənilərin öz daxilində olan iqtisadi-sosial problemlərdir, "Qarabağ kartı"nı qabartmaqla ictimai rəyi dəyişdirməyə çalışırlar.

Hazırda Azərbaycan Ordusu vəziyyətə nəzarət edir, sakinlər arasında bir qorxu, panika yoxdur".

Milli.Az

Football news:

Raheem sterling: Looking for tickets to Lisbon. From the 10th to the 24th. Retweet if you can help
Pep Guardiola: Gabriel is the best player of matches with Real Madrid
Three heroes of Lyon in the match with Juve – among them the defender, whom the fans drove in the fall
Manchester City and Lyon will meet in the 1/4 final of the Champions League on August 15 at Jose Alvalade
Photo of Pep and Zizou – just a gift for Showsport users
Ronaldo was eliminated so early from the Champions League for the first time in 10 years, although he tried very hard – in the playoffs for Juve, only he scores
Rudi Garcia: to Pass Juventus is a feat. The most pleasant defeat in my career