Atambayevin həbs qərarı qüvvədə saxlanıb

Qırğızıstanın Bişkek şəhər məhkəməsi ölkənin sabiq prezidenti Almazbek Atambayevin həbs qərarını qüvvədə saxlayıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, birinci instansiya məhkəməsinin qərarı ilə bağlı həm müdafiə, həm də ittiham tərəfi apellyasiya şikayəti vermişdi.

Qeyd edək ki, A.Atambayev iyunun 23-də korrupsiya ittihamı ilə 11 il 2 ay müddətində azadlıqdan məhrum edilmişdi.