Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Avtoxuliqanlıq edən şəxs cəzalandırıldı

Ağdam Rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində yol hərəkəti qaydalarını pozaraq digər nəqliyyat vasitələrinə təhlükə yaratmaqla ictimai qaydanı açıq şəkildə pozan sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Publika.az-a bildirilib ki, keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini Elvin Fərzəliye idarə etdiyi “VAZ-2107” markalı avtomobillə xuliqanlıq edərək rayon ərazisində ictimai qaydanı pozarkən saxlanılıb, avtomobili müvəqqəti duracağa yerləşdirilib.

E.Fərzəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəminin qərarı ilə o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Füzuli Həsənli