Azerbaijan

“Azərbaycan diaspora fəaliyyətində gənclərin rolu” adlı konfrans keçirilib

10 avqust tarixində Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Azərbaycan diaspora fəaliyyətində gənclərin rolu" adlı onlayn görüş baş tutub.

Gənclər Fondundan Milli.Az-a bildirilib ki, rəsmilərin çıxışları ilə başlayan görüşə xaricdə Azərbaycan diasporunu fəal surətdə təmsil edən gənclər də qoşulublar.

Gənclər Fondunun rəsmi facebook səhifəsindən canlı yayımlanan onlayn görüşdə çıxışçılar nitqlərində qeyd ediblər ki, bu ilin iyul ayında Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlərdə ordumuza dəstək üçün dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və xüsusilə də gənclərimizin Azərbaycan həqiqətlərini dünyaya tanıtmaq üçün bir araya gəlməsi Azərbaycan ordusunun ön cəbhədə göstərdiyi rəşadət qədər, arxa cəbhədə də Azərbaycan gənclərinin vahid amal uğrunda yumruq kimi birləşdiyini nümayiş etdirmişdir.

Natiqlər, həmçinin, vətənpərvər Azərbaycan gənclərinin öz bilik və bacarıqlarını Azərbaycanın milli maraqlarını müdafiə etmək yolunda əsirgəməmələrini, bu mütəşəkkillik və birliklərini Vətənimizin ərazi bütövlüyü naminə hər gün daha da gücləndirmələrini vacib hesab etmişlər.

Milli.Az

Football news:

Abreu on Suarez for Atletico Madrid: His adaptation will take 30 seconds after the meeting with Simeone
Messi - Suarez: you don't deserve this banishment, but I'm not surprised
Inter is Interested in the Pub. Schalke defender is being considered as a replacement for Skrinjar
Monaco have loaned midfielder Florentina to Benfica. They call him the Octopus
Romelu Lukaku: Racism still Exists all over Europe. This is absurd
Bayern has everything: character, intelligence, technique. You look at their game with admiration. Peter Neustadter about Munich
Manchester United is ready to pay about 12 million pounds for Telles. Porto wants 18 million, the player considers the requirements too high