Azərbaycan XİN Pakistanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib.

Day.Az-ın məlumatına görə, bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində yazılıb.

Təbrikdə deyilir: "Pakistan İslam Respublikasını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirik. Azərbaycan və Pakistanın güclü dostluq və tərəfdaşlıq münasibətləri var. Bu əlamətdar gündə qardaş Pakistan xalqına cansağlığı, sülh və firavanlıq diləyirik".