Azerbaijan

Azərbaycanda sürücü sükan arxasında öldü

Azərbaycanda sürücü sükan arxasında öldü

Xəstəxana

Gəncədə sürücü sükan arxasında ölüb.

Hadisə Gəncə-Toğanalı avtomobil yolunun Hacıkənd qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Gəncə sakini 1954-cü il təvəllüdlü Cəlal Mustafayev idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarındakı maneəyə çırpılıb. Məlumata görə, hadisəyə səbəb sürücünün sükan arxasında dünyasını dəyişməsi olub. Onun ürəktutmasından keçindiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)