Azerbaijan

Azərbaycanlıların da olduğu qaçqın düşərgəsi karantinə alındı

Almaniyanın Saksonya-Anhalt əyalətinin Halberstadt şəhərində sığınacaq almaq üçün ölkəyə gəlmiş 850 nəfərin qaldığı düşərgə karantinə alınıb.

Halberstadt Polis Təşkilatından verilən məlumata görə, 27 yaşlı şəxs düşərgədən Halle şəhərindəki yataqxanaya köçürülən zaman koronavirus testi verib və nəticəsi pozitiv çıxıb. Bundan sonra Halberstadt bələdiyyəsi və şəhər səhiyyə təşkilatı 3 binadan ibarət olan və 850 nəfərin qaldığı düşərgəni karantin altına alıb.

“Səhər polis əməkdaşları gəlib bütün giriş-çıxışları bağladılar. Daha sonra düşərgə işçilərinə xüsusi geyimlər paylanıldı. Az sonra məlum oldu ki, transfer edilən bir nəfərdə koronavirus tapılıb. Bu səbəbdən qaldığımız düşərgə karantin altına alınıb”, - deyə düşərgədə qalan azərbaycanlılardan biri “Report”a bildirib.

Onun sözlərinə görə, qaçqın düşərgəsində ondan başqa daha 18 azərbaycanlı var: “Onlardan altısı Azərbaycana deportasiya ediləcəkdi. Koronavirusa görə Almaniya bütün deportasiyaları təxirə saldı”.

Halberstadt Şəhər Səhiyyə İdarəsi isə düşərgə işçilərinin də koronavirusa yoluxa biləcəyini düşünür. Bu səbəbdən işçilər hissə-hissə virus testi üçün şəhər xəstəxanasına aparılacaqlar. (report)

Football news:

Why is Bartomeu so bad? What to do with Coutinho? How to hide Messi's flaws? Answer the main questions about Barca
Arsene Wenger: I Felt a certain satisfaction from the defeat of Liverpool. It's nice to be the only ones
Chiellini Pro 1:4 in the Champions League final from Real Madrid: We were exhausted after the 1st half. No one struggled
Michael Zork: if Borussia wants to fight for the championship, they must beat Bayern
Joe HART: I Don't dislike Guardiola. This is his genius: he stands firm on the decision he has made
Mainz goalkeeper Muller on 0:5 from Leipzig: We should be glad that the score is not double-digit
The prayers of Cordoba and Zanetti, the trolling of Materazzi, the greatness of Sneider and Eto'o. Ten years ago Inter made treble