Azerbaijan

“Azadlıq carçıları”nın görmək istəmədiyi gerçək: Paşinyanın polis terroru güclənir...

Ermənistanda Nikol Paşinyanın terror küləyi qarşısına çıxan hər kəsi sovurmağa davam edir. Baş nazirin istefası tələbini irəli sürən və Paşinyan hakimiyyətinə əsas rəqib hesab olunan “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyanın deputat toxunulmazlığı ləğv olundu və həbsə atıldı. Hazırda Sarukyanın məhkəmə prosesi gedir və onun cinayət məsuliyyətinə cəlb edilməsi qaçılmazdır.

Paşinyan bununla kifayətlənmək niyyətində deyil. O, iyunun 17-də parlamentdə çıxışı zamanı “Çiçəklənən Ermənistan” və Respublika partiyalarının fəaliyyətinin qadağan edilməsi ehtiyacını gündəmə gətirdi. Ermənistan mediası bu partiyaların qadağan olunacağı prosesinin artıq başlandığını, həmçinin, ölkədə diktatorluğun elan edildiyini yazır.



“Ermənistanın səsi” yazır ki, hər gün polisin vətəndaşlara qarşı zorakılığı şiddətlənir: “Bu, iki il öncə Nikol rəhbərliyi altında küçə mübarizəsində iştirak edən insanların qəzəbinə səbəb olur, on minlərlə insan hökumətin fəaliyyətsizliyindən məyus olub. Müxalif siyasi güclər küçə proseslərini öz nəzarəti altına götürməyə qərar verdi. Paşinyan da artıq anladı ki, Sarukyan bu gün küçəyə yüz minlərlə insanı çıxara bilər, buna görə də polis gücünü işə saldı. Bu gün Nikol Paşinyan polis terrorundan başqa heç nə bacarmır. Hər gün koronavirusdan ölən 10 nəfəri dəfn edən kütlə artıq baş nazirə inanmır. İş o yerə çatıb ki, xəstəxanalarda yer tapa bilməyən insanlar evdə ölürlər, Səhiyyə Nazirliyi heç nəyə məhəl qoymur, hətta testlər belə keçirilmir”.

Məqalədə qeyd olunur ki, Paşinyan tezliklə respressiyalara görə cavab verməli oacaq.

O, siyasi opponentlərinin təqibi və şantajı, siyasətçilərin valideynlərinə və uşaqlarına qarşı irəli sürülmüş itihamlar, eləcə də yaranmış işsizliyə görə cavab verəcək. Xalq alçaqlığa və diktator-populistin xırdaçılığına daha dözmək istəmir. Paşinyanın nəyin bahasına olursa olsun, oturduğu kreslodan qalxmaq istəməməsi yalnız hiddət doğurur. Sarukyanın məhkəməsi zamanı binanın önünə toplanmış insanların dediyi kimi, “o, addımbaşı yalan danışır”, - məqalədə bildirilir.



Erməni şərhçi Qalust Qriqoryan Paşinyanın yaratdığı polis terrorunu nəzərdə tutaraq yazır: “Sabah bizim hər birimiz üçün gələ bilərlər”.

Onun sözlərinə görə, Paşinyan heç bir əxlaqa məhəl qoymadan hakimiyyətini saxlamağa çalışır: “Bir sözlə, tipik siyasi heyvan. Onun hakimiyyəti koronavirus təhlükəsini inkar etdi, diletantlıq nümayiş etdirdi, xalqın səsini eşitmədi, insanlara kömək etmədi. Kim zəmanət verə bilər ki, hakimiyyət sabah içimizdən birinin arxasınca gəlməyəcək, kim özünü təhlükəsizlikdə hesab edir? Belə zəmanət yoxdur. Buna görə də indi müqavimət göstərməyin vaxtıdır”.

“Ermənistanın səsi” saytı başqa bir məqaləsində yazır: “Ermənistanda polis terroru güclənir”.

Məqalədə bildirilir ki, Paşinyan deputatlardan sonra artıq jurnalistlərə hücuma keçib.

Artıq heç kimin təhlükəsizliyi yoxdur, istər deputat ol, istərsə jurnalist, hakimiyyət üçün heç nə fərq eləmir. Bu ölkədə yalnız “ulayan hakimlər” və “ulayan prokurorlar” toxunulmazdır”, - sayt qeyd edir.



Nikol Paşinyanın yaratdığı küçə diktaturasını tənqid edən media orqanları və jurnalistlər təhlükədə olduqlarını açıq şəkildə bildirirlər.

Hazırda Ermənistan küçələrində demokratiya və insan haqları prinsipi tapdalanır. Beynəlxalq təşkilatların susqunluğu isə davam etməkdədir.

Əgər ABŞ Dövlət Departamenti, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın, eləcə də Qərbin digər ölkələrinin Ermənistandakı səfirləri həqiqətən demokratiyanın müdafiəçidirlərsə, Paşinyanın çıxardığı oyunlara münasibət bildirməli, polis terrorunun qurbanı olan insanların müdafiəsinə qalxmalıdır. Əks təqdirdə, bu təşkilatların bundan sonra demokratiya və insan haqlarının müdafiəsi haqqında istənilən sözü yalnız gülüş doğuracaq...

Asif

Football news:

Inter will extend their contracts with Handanovic and D'ambrosio until 2022
Pep Guardiola: I would have stayed at Manchester City and in League 2
Manchester United is ready to sell Alexis, Lingard, Smalling, Dalot, Jones and Rojo
Frank Lampard: I expect more from Chelsea, but now the result is most important
Atalanta does not lose 15 matches in a row – 13 wins and 2 draws
Lorient threw one newcomer off a plane and sent another under the water-all for the sake of presentations on social networks
Pasalic scored a hat-trick in the match against Brescia. Atalanta smashes the opponent 6:1