Azerbaijan

"Azerbaijan Golden Kids Awards 2020"nin mükafatlandırma mərasimi onlayn formatda baş tutacaq -

"Azerbaijan Golden Kids Awards 2020" uşaq nominasiyaları üzrə mükafatlandırma mərasimi "online" formatda baş tutacaq.

Azərbaycan Könüllər İctimai Birliyi tərəfindən sayca 3-cü dəfə baş tutacaq "Azerbaijan Golden Kids Awards 2020" layihəsi öz mükafatlandırma mərasimini "online" şəkildə həyata keçirəcək. 

Azərbaycan Könüllər İctimai Birliyinin Mədəniyyət Departamentinin rəhbəri Ülviyyə Bəbirlinin açıqlamasında bildirilir ki, "Bütün dünyanı zəbt edən koronavirusa görə, təəssüflər olsun ki, istədiyimiz kimi layihəmizi tamamlaya bilmirik. Çox böyük planlarımız var idi. Bildiyiniz kimi bu il xaricdən də qonaqlarımız olacaqdı. Amma, dünya səviyyəli layihələr belə finalı bu şəkildə edir. Biz də video formatda mükafatlandırmalarımızı edəcəyik. Uşaqlara da xoş olsun deyə, ənənəyə sadiq qalaraq hər birinə ödül tanınan sima tərəfindən veriləcək. Bütün təqdimatları sizə göstərəcəyik. Onu da qeyd edim ki, "Azerbaijan Golden Kids Awards" ilbəil genişlənərək "Altın Kələbək", "Oscar" kimi böyük formatlı layihələr qədər böyümək niyyətindədir. Biz buna nail olacağıq. Layihənin namizədlərinə gəldikdə isə bu il  "Azerbaijan Golden Kids Awards 2020"də 8 yaşdan 16 yaşadək uşaqlar iştirak ediblər. Hər biri ayrı-ayrılıqda bayrağımızı ucaldıblar. Azərbaycanımızın fəxrləridirlər. Layihəmiz uğur mübarizəsidir. Bu ödülü əldə etmək üçün uşaqlar daha çox müsabiqələrdə özlərini sınayırlar. Bu illər ərzində bunu gözlə görməmək mümkün deyil. Bu da xoş bir haldır. Hər bir iştirakçıya, gələcəkdə də bu ödülü qazanmaq istəyən istedadlı balalarımıza uğurlar diləyirik. "

"Azerbaijan Golden Kids Awards 2020" layihəsinin iştirakçılarının posterlərini sizə təqdim edirik. 

Milli.Az

Football news:

Liverpool will pay 4.1 million pounds for Zhota out of 41 million in the first year. Today the midfielder will undergo a medical
Bayern have agreed a 4+1 contract with Ajax defender Dest
Will Juventus take a 10th consecutive League title? Three out of four of our Serie A specialists think not
Norwich refused to sell Barca defender Aarons for 20 million pounds
Aston Villa bought winger Lyon Traore for 17 + 2 million pounds
Genoa have leased Zappacosta from Chelsea and Piazza from Juve
A Lebanese football player has died after being shot in the head. It was held near the funeral where shots were fired in the air