Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bəzi "BakuBus"larda kondisionerlər niyə işləmir?

Kondisionerlərlə təchiz olunan avtobuslarda havalandırma sisteminin iyunun 1-dən iqlim şəraitinə uyğun tənzimlənməsi tapşırılıb. Lakin bəzi avtobuslarda kondisionerlər işləmir.

Məsələ ilə bağlı Trend-in sorğusunu "BakuBus" MMC-nin mətbuat katibi Qabil Babayev cavablandırıb.

O bildirib ki, hazırda MMC tərəfindən müntəzəm marşrut xətlərində istifadə olunan avtobusların 90 faizində kondisionerlər standart olaraq çalışır: "Eyni zamanda, bildiririk ki, hazırda bir sıra sahələrdə olduğu kimi, təchizat zəncirinin pozulması səbəbindən ehtiyat hissələrinin çatışmazlığı mövcuddur. Lakin yaxın vaxtlarda respublikamıza ehtiyat hissələrinin gətirilməsi gözlənilir. Onlar tədarük edildikdən sonra avtobuslarda işləməyən kondisionerlər də təmir olunacaq".

Q.Babayev onu da qeyd edib ki, MMC-nin "Hava Limanı Ekspress" marşrutundakı avtobuslar müasir standartlara cavab verir. Həmin avtobuslarda da kondisionerlər çalışır.

"Sərnişinlərdən müvəqqəti narahatlığa görə üzr istəyirik", - o əlavə edib.

Milli.Az