Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bağçada uşağın saçını yolan qadın cəzalandırıldı - VİDEO

Şamaxıda bağçada keçirilən ad günü mərasimində tort kəsilərkən aşpaz uşaqlardan birinin saçından dartıb. Hadisə iyunun 2-də baş verib. Məsələ ilə bağlı əməkdaşlarımız bağçada olublar və təfərrüatları araşdırıblar. 

Sosial şəbəkələrdə bağçada azyaşlı uşağın saçından çəkilməsi ilə bağlı video yayılıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, məlum olub ki, həmin video Şamaxı şəhər 3 saylı uşaq bağçasında adgünü tədbiri zamanı çəkilib. İddialara görə, uşağın saçından dartan həmin bağçanın aşpazı olub. O  ad günü münasibətilə təşkil olunan mərasimdə tort kəsilərkən uşağın saçından tutaraq dartıb. Məsələ ilə bağlı əvvəlcə həmin bağçaya getdik. Məlum oldu ki, həmin görüntülərdə adı hallanan şəxs bağçanın aşpazı  Sevinc Balakişiyevadır. Jurnalistlərə müsahibə verən həmin şəxs əməlindən peşiman olduğunu bildirib.

Çəkiliş zamanı azyaşlının valideyni də həmin bağçaya gəlib.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin nümayəndələri də bağçaya gəlib. Dağlıq Şirvan Regional Təhsil İdarəsi Şamaxıda uşaq bağçasındakı həmin faktla bağlı münasibət bildirib.

Qeyd edək ki,həmin hadisə iyun ayının 2-də baş verib.

Milli.Az