Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bakı-Quba yolunda ağır qəza

Bakı-Quba yolunda ağır qəza

Sentyabrın 29-da Bakı-Quba-Rusiya sərhədi yolunun 105-ci km-də, Siyəzən rayonu ərazisindən keçən hissəsində TIR ilə "Ford Transit" markalı yük avtomobilinin toqquşduğu hadisənin görüntüləri yayılıb.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə yerindən çəkilmiş görüntülər qəzanın dəhşətini göstərir.

Belə ki, zərbənin gücündən TIR aşaraq bir neçə yerə parçalanıb.

Hadisə nəticəsində Ağsu rayon sakini, 1990-cı il təvəllüdlü Cavid Əhdixan oğlu Elşənov hadisə yerində ölüb, sərnişinlər - 1990-cı il təvəllüdlü Məhəbbət Əlikişi oğlu Kərimov və 2006-cı il təvəllüdlü Hüseyn İsgəndərov müxtəlif dərəcəli xəsarətlər alıblar.