Azerbaijan

Bakıda "Sobsan" boya fabrikində yanğının qarşı alındı - FOTO/VİDEO

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "Sobsan" boya fabrikində baş vermiş yanğının qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, hazırda nazirliyin müvafiq qüvvələri tərəfindən bəzi xırda tüstülənmə mənbələrinin tam söndürülməsi işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

Bakının Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğın məhdudlaşdırılıb.

Publika.az xəbər verir ki, hadisə zamanı 6 nəfər xəsarət alıb. Onlardan 5-i yanğınsöndürənlərdir.

Yanğının sözndürülməsinə 300 nəfər və 50 texnika cəlb edilib. Alov 2,5-3 min kvadratmetr sahəni əhatə edib.

***

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilir.

FHN-dən Publika.az-a verilən məlumata görə, yanğının söndürülməsi tədbirləri ilə yanaşı, fabrikdə, eləcə də onun anbarında salamat qalmış mal-materialların Nazirliyin müvafiq qüvvələri tərəfindən ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

Xəbər verildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, dərhal əraziyə Nazirliyin müvafiq qüvvələri cəlb olunub.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Nazirliyin digər aidiyyəti rəhbər şəxsləri hadisə yerindədir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da hadisə yerinə gəlib.

Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Bakı şəhəri, Binəqədi rayonunda “Sobsan” boya fabrikinin ərazisində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

Bakıda güclü yanğın hadisəsi baş verib.

Publika.az-ın məlumatına görə, 7-ci mikrorayon ərazisində yerləşən "SOBSAN" boya fabrikində yanğın başlayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvələri və yanğından mühafizə texnikaları cəlb edilib.

Axar.az-ın məlumatına görə, yanğın zamanı baş verən partlayışların 25 tonluq çənlərdə baş verdiyi bildirilir. Buna görə də yanğın daha geniş ərazini əhatə edib.

Daha bir neçə çəndə partlayışın baş verməsi gözlənilir.

Əraziyə Bakı şəhər üzrə 4 rayonun yanğından mühafizə bölmələri cəlb edilib. Əraziyə bir neçə təcili yardım maşını gətirilib.

Fövqəladə Hallar Nazirliyi tərəfindən yanğının baş verdiyi ərazidə Qərargah yaradılıb. Qərargahdan bildirilib ki, yanğın 700 kvadratmetr ərazini əhatə edir.

Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin 32 texnikası və 160 canlı qüvvəsi cəlb edilib.

Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları 20:12-də çıxış edib və ilk yanğınsöndürən maşın 20:19-da hadisə yerinə çatıb.

Əlavə məlumat veriləcək.

Zümrüd

Football news:

Barcelona has signed 19-year-old Sao Paulo forward Maia for 4.5 million. Compensation – 300 million euros
A video of homophobic slurs against Chelsea fans was removed by a bookmaker after criticism from the club's LGBT fans
Lazio will play in the 2020/21 Champions League thanks to Roma's relegation from the Europa League
Zidane about the game with Manchester City: real are at a disadvantage, this match is like a final
Maurizio Sarri: My future at Juve does not depend on the match against Lyon. Otherwise, the management will present themselves as Amateurs
Norwich refused to sell defender Lewis to Liverpool for 10 million pounds
Maurizio Sarri: Lyon has improved. Juve will have a difficult match