Azerbaijan

Baş Prokuror cinayətlərin törədilməsinə açıq çağırışlara yol verən şəxslər və təşkilatlar barəsində qanuni tədbirlərin görülməsini xahiş edib

Baş Prokuror cinayətlərin törədilməsinə açıq çağırışlara yol verən şəxslər və təşkilatlar barəsində qanuni tədbirlərin görülməsini xahiş edib

Baş Prokurorluq

Xəbər verildiyi kimi, bir sıra Rusiya kütləvi informasiya vasitələrində və sosial media səhifələrində Rusiya erməniləri İttifaqının rəhbəri Ara Abramyanın və Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin öyrənilməsi üzrə Mərkəzin sədri Semyen Baqdasarovun Azərbaycan Respublikasının ərazi bütövlüyünə, suvereneliyinə qarşı bəyanatları, habelə terrorizmin təbliğinə açıq çağırışlara dair çıxışları yayılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, göstərilənlərlə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnova rəsmi müraciət edərək cinayətlərin törədilməsinə açıq çağırışlara yol verən şəxslər və təşkilatlar barəsində qanuni tədbirlərin görülməsini xahiş edib.

01.10.2020-ci il tarixdə Rusiya Federasiyasının Baş Prokuroru rəsmi məktubla cavab verərək, hər hansı ölkənin ərazisində qanunsuz əməllərin törədilməsinə, həmçinin kütləvi informasiya vasitələrində millətlərarası nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıq çağırışlar edilməsinin yolverilməzliyini və bu kimi hallara obyektiv hüquqi qiymət verilməsinin vacibliyini qeyd edib.

Həmçinin, Dağlıq Qarabaq münaqişəsinin BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qərar və qətnamələrinə əməl edilərək beynəlxalq humanitar hüququn çərçivəsində həllinə dair mövqesini də bildirib.

Bundan başqa, Rusiya Federasiyasının Baş Prokuroru Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə əməkdaşlıq istiqamətində münasibətlərin inkişaf etdiriləcəyinə ümidvar olduğunu da xüsusi vurğulayıb. (Apa.az)

Football news:

Andrea Pirlo: Messi is still on top. With such players, we must hope that they do not have the best day
The figures of Robert Lewandowski, which frightens not only the locomotive
Who will be the top scorer in the Champions League?
La Liga President on the departure of Ronaldo and Neymar: it is better to leave because of taxes than because of anything else
Kane and Son gave each other 29 assists in the Premier League. Only Lampard and Drogba (36) did it more often
Veron about Messi: Playing in Barca gives him discomfort
Mitryushkin on the move to Fortuna: Germany is a country of goalkeepers. I can learn a lot here