Azerbaijan

Bayramov italiyalı həmkarı ilə Qarabağdan danışdı

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq Naziri Luici Di Maio ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, nazir Luici Di Maio bölgədə mövcud olan son dərəcə gərgin vəziyyətlə bağlı narahatlığını ifadə edib. O, gərginliyin azaldılmasının və sülhün təmin olunmasının vacibliyini vurğulayıb.

Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi yeni təcavüz aktı, buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən cavab tədbirləri barədə qarşı tərəfə məlumat verib. Ermənistanın ənənəvi olaraq beynəlxalq humanitar hüququ kobud şəkildə pozduğu, Azərbaycanlı mülki əhali və infrastrukturu atəşə tutduğu və mülki insanlar arasında itkilərin olduğu İtaliya Xarici İşlər nazirinin diqqətinə çatdırılıb. Bölgədə gərginliyin əsasında Ermənistanın davam edən təcavüz siyasətinin olduğu vurğulanıb. Davamlı sülh və təhlükəsizliyə nail olmaq üçün BMT TŞ qətnamələri başda olmaqla, beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin yerinə yetirilməsinin zəruriliyi qeyd olunub.

Football news:

Increasing selfishness and greed is the last thing the world needs right now. UEFA Vice-President on the European super League
Juve responded to Barca Pro 🐐 : We will bring you a real one at the camp Nou
Lampard thinks Messi is better than Ronaldo: I Choose Lionel because of pure, natural talent
He really wanted to play football, but he knew that he would not become a professional. Then he wrote a book about his favorite game
Structurally, Juve and Barcelona are very similar. Koeman won the case, and Pirlo smartly explained the tactics after the match
Alex telles has contracted the coronavirus
Dietmar Hamann: Manchester City have reached the ceiling under Guardiola. He is still in charge thanks to his achievements at Barca