Azerbaijan

Beyrutda partlayış: onlar qayıdırmı?

Asif Nərimanlı

Beyrutda partlayış nəticəsində 70-dən çox ölü, 4 minə yaxın yaralı var. Hadisənin terror olub-olmadığı hələ məlum deyil, amma ən diqqətçəkən məqam bunun İŞİD-in “məhv edilməsi”ndən, daha doğrusu “yoxa çıxması"ndan sonra bölgədə ən böyük tələfata səbəb olan hadisə olmasıdır.

Bu terrordumu, əgər terrordusa, hansı təşkilat üzərinə götürəcək, İŞİD diriləcəkmi, yaxud yeni terror təşkilatı peyda olacaq? Bu sualların cavabı hələki bəlli deyil, tezliklə bəlli olması da sual altındadır, lakin bu qədər tələfata səbəb olan hadisənin baş verməsi, özü də Livanda olması təbii ki, təsadüf deyil.

Livan İranın bölgədəki əsas silahı olan Hizbullahın əsas mərkəzidir. Harriri hökumətindən sonra qurulan yeni hökumət böyük ölçüdə Hizbullahın təsirindədir. Bu, bölgədə İranın təsirini daha da artırır, xüsusilə ABŞ-ın Suriyadan “çıxması” fonunda...

Əslində partlayışın terror olduğu ehtimalı üzərindən çıxış etsək, prosesə ABŞ-ın bölgədən dırnaqarası çıxması kontekstindən baxmalıyıq.

Yaxın Şərqi ABŞ-sız təsəvvür edə bilmədiyimiz dövrdə Vaşinqton qəfil geri çəkildiyini açıqladı (reallığın bu olmadığı məlum idi, amma ABŞ bölgədə aktivliyini zəiflətdi). Ardınca İŞİD-in “məhv edildiyi” elan olundu.

ABŞ-ın “geri çəkilməsi”nin əsas səbəblərindən biri bölgədə ona qarşı Rusiya-Türkiyə-İran üçlüyünü bölmək idi, çünki maraqları uzlaşmayan bu üçlüyü birləşdirən yeganə amil ABŞ-ın varlığı idi. Belə də oldu.

Vaşinqton “geri çəkilən”dən sonra Türkiyə və Rusiya Suriyada, ardınca Liviyada üz-üzə gəldi, İran da öz maraqları istiqamətində hərəkət edir. Faktiki olaraq, bölgədə ABŞ-a qarşı güclü ittifaq artıq əvvəlki qədər təhlükəli deyil. ABŞ-ın üçlüyün dağılmasına qədər səbr edəcəyi və bu şəraitin yetişdiyi vaxt bölgəyə dönəcəyi gözlənilən idi.

Hazırda mənzərə ABŞ-ın maraqlarına uyğun görünür: Suriyada tərəflər – Rusiya, Türkiyə və İran əvvəlki kimi masada anlaşa bilmir.

Bu kontekstdə “Beyrut partlayışı bölgədə yeni terror dalğasının – “vəkalət savaşı”nın ayaq səsləridirmi?” sualı aktuallıq qazanır.

Tələfatın Hizbullaha yaxın hökumətə ciddi problemlər yaradacağı qaçılmazdır. Suriyadan “çəkilməklə” üçlüyü maraq toqquşmasına sürükləyən Vaşinqtonun Hizbullaha (İrana) Livanın içində cəbhə açacağı da istisna deyil.

Hadisənin ABŞ-da prezident seçkilərindən öncə olması da diqqət çəkir. Demokratların dövründə Yaxın Şərqdə əsas silaha çevrilən terror respublikaçıların dövründə “aradan çıxdı”. Trampın seçki ilə bağlı vəziyyəti o qədər də ürəkaçan deyil. Demokratlar hay-küyləmi gəlir? Hadisələrin inkişafı göstərəcək...

Football news:

Conte on 4:3 with Fiorentina: impressed with Inter's attack. We didn't have enough balance, we paid for it
Zidane about 3:2 with Betis: real can get better and will. A difficult game, but we believed in winning until the end
Dest said goodbye to the Ajax players and will fly to Barcelona today (Gerard Romero)
Vidal made his debut for Inter in the match against Fiorentina
Barcelona will only consider Zinchenko if Firpo leaves
The referee after VAR for a foul on Jovic removed defender Betis Emerson
Lampard replaced Kepu, but got 0-3 from West Brom in the first half. Then Chelsea got together and gave a comeback of the weekend: only the pupils scored