Azerbaijan

BMT-dən XƏBƏRDARLIQ: "Dünyanın üzərini qara bulud alıb"

"Bəşəriyyət koronavirus pandemiyası sınağından keçə bilmədi, xəstəlik səbəbindən həyatını itirənlərin sayı artıq milyona yaxınlaşır".

Publika.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterreş Baş Assambleyanın iclasında deyib.

“Pandemiya beynəlxalq əməkdaşlıq üçün keçə bilmədiyimiz sınaq idi. Koronavirus bütün dünyada 30 milyondan çox insana yoluxub və bir milyona yaxın insanı öldürüb, o, nəzarətdən çıxıb. Bu, qlobal hazırlıq, qarşılıqlı fəaliyyət, birlik və həmrəylik çatışmazlığının nəticəsidir”, - deyə A.Quterreş bildirib.

Onun sözlərinə görə, koronavirus bütün dünyanın üzərini qara bulud kimi alıb: "Həmçinin o, bizi fəaliyyətə təşviq edəcək xəbərdarlıq oldu. Seçim haqqımız yoxdur. Ya qlobal institutlar çərçivəsində birləşməli, ya da fitnə və xaosla əzilməliyik”.

Football news:

Metz forward Gyan is the best player in Ligue 1 in September. He is the leader of the goalscoring race
Miranchuk is able to play in almost any club in the world. Ex-midfielder Loko Drozdov about Atalanta newcomer
Bale on Tottenham start: I'm not completely ready yet. I'm trying to get in shape
Ex-Barca coach Sethien can take over at Palmeiras
Fonseca about 2:1 with young boys: Gave a break to some. Now Roma will focus on Milan
Highlight of the month: the Rangers forward scored from 50 meters (the farthest goal in the history of the Europa League). Gerrard says he's never seen anything more beautiful 😍
Mourinho on 3:0 with LASK: Difficult opponent, but Tottenham played so that the victory seemed easy