Azerbaijan

"Boşanmağımdan "qara piar"ım üçün istifadə etdilər" - Tünzalə

"ATV maqazin onlarla" verilişinin "33 sual" rubrikasının qonağı Xalq artisti Tünzalə Ağayeva olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki,rubrikanın aparıcısı Ruslan Ağayevin suallarına cavab verən müğənni şəxsi həyatından danışıb. O bildirib ki, boşanma xəbərinin gündəmə gəlməsi ona qarşı "qara piar" olub:

"Həyatımızda müsbət və ya mənfi dəyişiklik olanda saçımıza əl atırıq. Çox qadınlar boşananda, sevgilisindən ayrılanda saçlarını kəsdirir.

Hər zaman istəmişəm ki, həm sənətimdə, həm də şəxsi həyatımda xoşbəxt olum. Ana, qadın kimi də məmnunam. Açıq ortaya tökməsəm də... Mənim də həyatımda məlum səbəblər oldu ki, gündəmə çıxdı. Bu, "qara piar"ım deyildi. Qəsdən də etməmişdim. Psixoloji əziyyət çəkirdim. Sonra başa düşdülər ki, Tünzalə üçün boş oldu. Tünzalə ailəlidir, ayrıldı, "qara piar"ımda yer aldı. Bundan istifadə etdilər. Mənəvi əziyyət çəkdim, yalan deyərəm ki, vecimə almadım. Amma çıxdı getdi, izi qalmadı. Keçdiyim yol, keçmiş kimi baxıram". 

"Foto makiyajsız olanda maraqlıdır, amma fotoşop gərəkdir. Yüz şəkil çəkdirərəm, 99-da dava düşür. Amma içindən birini seçirəm. Fotostudiyaya gedəndə musiqi, güzgü olmasa əhvalım korlanır" deyən, Ağayeva kaprizlərini etiraf edib.

Müğənni "Altın kelebek" mükafatlandırmasına namizəd olmamasının səbəblərini açıqlayıb:

"Dəvət olub, Yalçın (prodüseri Yalçın Cabbarov - red.) oradakı şərtləri istəməyib. Dəxlisiz şərtlər var. Öyrəşməmişik bizə şərt qoysunlar. Əgər orada olan nəsə Yalçının xoşuna gəlmirsə, heç mənə demir. Ora mənim üçün heç əhəmiyyətli deyil".

Milli.Az

Football news:

Gattuso on the match with Barca: Napoli will climb Everest
Lampard about the game with Bayern Munich: the History of the games, when everything changed. Chelsea needs to be trusted
Zinedine Zidane: I am the coach of Real Madrid until something extraordinary happens
Varan on relegation from the Champions League: This is my defeat. It is a shame for the partners
Guardiola on the conversation with Zidane: He congratulated me on La Liga and asked about my family. I hope one day we can have dinner and talk about everything
Sarri on the future: I Don't think bosses make decisions based on one match. They will appreciate the whole season
Levandovsky's transfer to Borussia was considered a mistake. He flogged the moments and lost the competition to a future Spartak player