Azerbaijan

Bu il dünyada İT qurğularının tədarükü 3 faiz azalacaq

"Gartner" analitik şirkəti kompüter, planşet və mobil telefonlar bazarının tədqiqatı üzrə nəticələri dərc edib. Ekspertlərin gözləntisinə görə, 2019-cu ildə belə qurğuların tədarükü 2,2 milyard ədədə çataraq 2018-ci illə müqayisədə 3,3 faiz azalacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ən zəif tələbat mobil telefonlaradır. Bu il onların tədarükü 3,3 faiz azalaraq 1,7 milyard ədəd təşkil edəcək. Şirkətin tədqiqatlar üzrə direktoru Rancit Atvalın sözlərinə görə, bu, 2015-ci ilin göstəricisindən (1,9 milyard ədəd) 10 faiz azdır.

2023-cü ilin ortalarınadək smartfonların orta istismar müddətinin hazırkı 2,6 ildən 2,9 ilədək artacağı gözlənilir. Proqnoza görə, 2019-cu ildə smartfonların satışı 2,5 faiz aşağı düşəcək. Bu isə bazar tarixində ən böyük azalmadır.

Tədqiqatda qeyd olunur ki, dünya mobil telefonlar bazarının həcmi 2020-ci ildə cüzi artaraq 1,77 milyard ədədə bərabər olacaq. 2021-ci ildə isə tədarük 1,76 milyard ədədədək azalacaq.

Fərdi kompüterlərin tədarükünə gəldikdə, 2019-cu ilin yekunları üzrə onların qlobal miqyasda tədarük həcmi 257 milyon ədəd səviyyəsində gözlənilir. Bu, ötənilki göstəricidən 1 faiz azdır.

"ABŞ və Çin arasında davam edən ticarət münaqişəsi və potensial rüsum tətbiqi bu il fərdi kompüterlər bazarına təsir edə bilər", - R.Atval bildirib.

Analitiklər vurğulayır ki, ikinci rübdə kompüter bazarında 1,5 faizlik artıma baxmayaraq 2019-cu ilin yekunları üzrə vəziyyət qeyri-müəyyən olaraq qalır.

Aprel-iyunda fərdi kompüter və noutbukların satışının artmasına şirkətlərin yeni qurğuların artması ilə müşahidə olunan "Windows 10" əməliyyat sisteminə keçməsi kömək edib. "Gartner" analitiklərinin fikrincə, 2021-ci ilin əvvəlində korporativ fərdi kompüterlərin 75 faizi "Windows 10" sisteminin idarəetməsi ilə işləyəcək.

Tədqiqatçıların proqnozuna görə, 2020-ci ildə fərdi kompüterlərin qlobal tədarükü 252,7 milyon ədədədək azalacaq, 2021-ci ildə isə 252,6 milyon ədəd olacaq. Bununla yanaşı, bahalı portativ qurğuların tədarükü artmaqda davam edəcək.

Milli.Az

Football news:

Manchester United have started negotiations with Raiola to extend Pogba's contract
Luis Suarez: Our goal is to win the three upcoming matches. We will wait for real to make a mistake
Kike Setien: Barcelona didn't play a great match. Espanyol played well in defense
Andujar Oliver on deletions: Fati went too far in the foot, and the foul on the Peak was even more dangerous, perhaps
Atalanta extended the winning streak to 11 matches, beating Sampdoria-2:0
Milner played his 536th game in the Premier League and was ranked in the top 5 of the League in games played
Barca midfielder Fati is removed in the Derby with Espanyol. He spent 5 minutes on the field