Azerbaijan

Bu ilin birinci yarımilində 13 min 310 cinayət qeydə alınıb

Avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluqdan Milli.Az-a verilən məlumata görə, müşavirədə məruzə ilə çıxış edən Baş prokuror Kamran Əliyev prokurorluqda aparılan mütərəqqi islahatların gedişi ilə bağlı ümumi vəziyyəti müşavirə iştirakçıları ilə tanış etdikdən sonra qurumun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlərə və statistik göstəricilərə istinad etmiş, hesabat dövründə Respublikada kriminogen durumun nəzarətdə saxlanıldığını, əhalinin hər 100 min nəfərinə düşən 132 cinayətin sayına görə ölkəmizin MDB və Avropa məkanında öncül mövqeyini saxlayaraq ən təhlükəsiz və sabit dövlətlərdən biri olduğunu qeyd etmişdir.

Bildirilib ki, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsi olaraq, cinayətkarlığın dinamikasında və strukturunda müşahidə edilən müsbət göstəricilər hesabat dövründə də davam etmiş, 2020-ci ilin birinci yarımilində əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 13 min 310 cinayət qeydə alınmışdır. Bu cinayətlərin 86,5 %-i böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 13,5%-i ağır və xüsusilə ağır növlər təşkil etmişdir.

Həyata keçirilən məqsədyönlü və qabaqlayıcı tədbirlər nəticəsində qəsdən adam öldürmə, qəsdən sağlamlığa az ağır zərər vurma, dələduzluq, mənimsəmə və israf etmə, avtonəqliyyatın qaçırılması, xuliqanlıq, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı azalmış, cinayətlərin açılması 82,1% təşkil etmişdir.

Daxili işlər orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 241 cinayətin açılması təmin edilmiş, 103 cinayətkar qrup zərərsizləşdirilmişdir.

Milli.Az

Football news:

Maccabi entered the Champions League without 11 players due to covid. UEFA allows you to play if there are 13 players from the application
Ole Gunnar Solskjaer: De Gea saved us for years, Henderson did the same today. Lingard played well
The semed said goodbye to Barcelona: Thank you for the opportunity to realize the dream. Eternally grateful
Juve have leased Morata from Atletico for 10 million euros with the right to buy out for 45 million
Barcelona and Atletico have agreed a move for Suarez (Fabrizio Romano)
At the 1950 world Cup, Amateurs from the United States beat England. The coach of the Americans compared their players to sheep, and the author of the winning goal went missing
Dan Henderson made his debut for Manchester United at the age of 23. He made 141 appearances on loan