Azerbaijan

Bu məhsulları yeməzdən öncə mütləq yuyun

Bəzi ərzaqları onları istifadə etməzdən əvvəl mütləq yumaq lazımdır. Amma çoxumuz bunu bilmir, yaxud fərqinə varmırıq. İlk baxışdan təmiz görünən ərzaqların üzərində olan milyonlarla mikroblardan xəbərsiz yeyirik. Nəzərə alsaq ki, hazırda koronavirusla mübarizə aparırıq, bu zaman daha diqqətli olmağımız lazımdır. Hava-damcı yolu ilə yoluxan bu virusdan təkcə gigiyenik qaydalara riayət edərək yox, həm də qəbul etdiyimiz qidaların təmizliyinə diqət etməklə qoruna bilərik.

Milli.Az lent.az-a istinadən istifadə etməzdən öncə mütləq yumalı olduğunuz məhsulları təqdim edir:

Konserva bankaları

Bu bankaların üzərində çoxlu sayda ziyanverici mikrob və bakteriya ola bilər. Bankanı açanda bu mikrob və bakteriyalar məhsulun içinə düşür. Bu səbəbdən bankanı açmazdan əvvəl axar suyun altında yaxşı yumaq lazımdır.

Qabığı yeyilməyən meyvə və tərəvəzlər


Banan, qarpız, yemiş, kartof və digər bu kimi meyvə və tərəvəzlərin qabığı yeyilməsə də, onları soyduqdan və ya doğradıqdan əvvəl mütləq yaxşı yumaq lazımdır.

Çərəzlər


Təmizlənməmiş qabıqlı qoz-fındığı sındırmazdan əvvəl mütləq yumaq lazımdır ki, onların qabığında olan çirk, toz və s. ləpənin üzərinə düşməsin. Bundan əlavə, təmizlənmiş çərəzlər də yedikdən əvvəl mütləq yuyulmalıdır. Çərəzlərin üzərində toz, mikroblar, saxlanma müddətini artırmaq üçün istifadə olunan kimyəvi maddələr və s. olur. Bu səbəbdən onları axar suyun altında yaxşı yumaq və kağız dəsmalın üzərində qurutmaq lazımdır.

Meyvə quruları


Bunlar ən çirkli məhsullardan biri sayılır. Şirin meyvə qurularına toz, yad hissəciklər və s. asanlıqla yapışır.
Meyvə qurularının hazırlanması zamanı müxtəlif kimyəvi maddələrdən istifadə olunur ki, bu maddələr sonra insan orqanizmində toplanır.

Bunları nəzərə alaraq meyvə qurularını mütləq yarım saaat ərzində suda islatmaq və sonra axar suyun altında yaxşı yumaq lazımdır.

Milli.Az

Football news:

CSKA is ready to offer 7 million euros for defender Fuchs. Internacional wants 10 million^. CSKA intends to acquire the Central defender of Internacional Bruno Fuchs, who is also claimed by Monaco and Lille
Goretska Pro 8:2 with Barca: This is only the first of three steps
Matteus on the defeat of Barca: it is Painful to see what happened to the team that inspired us for so many years
Bartomeu met with Pochettino this week. He could replace Sethien at Barca
Salihamijic Pro 8:2 with Barca: Bayern are very happy, but they want more
Recently, Mueller did not want to renew his contract with Bayern. Now he's turning the football around
The baby may get angry and leave. Luis Suarez Miramontes about Messi