Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Cəbrayıl şəhərində 33 ümumi yaşayış binası tikiləcək

Cəbrayıl şəhərində 33 ümumi yaşayış binası tikiləcək

"Prezidentin izi ilə" növbəti səfər Cəbrayıl şəhərində MİDA yaşayış kompleksidir.

Yaşayış kompleksi Cəbrayıl şəhərinin inzibati ərazisində 7,87 ha ərazidə inşa edilir və tikinti işlərinə bu ilin aprel ayının sonlarında başlanılmışdır. Kompleksdə 33 ümumi yaşayış binası tikiləcək.

Day.Az Trend-ə istinadən xəbər verir ki, yaşayış kompleksində 6 kvartaldan ibarət olan və 33 ümumi yaşayış binası tikiləcək.

Burada 4-5 mərtəbəli binalar olacaq və 712 mənzil tikiləcək. Mənzillərdən 8-nin birotaqlı, 136-sının ikiotaqlı, 8 mənzilin 2-3 otaqdan ibarət studiya tipli olması, 392 mənzilin üçotaqlı, 168 mənzilin isə dördotaqlı olması nəzərdə tutulub.

Tikinti işləri başa çatdıqdan sonra bu binalarda 2 158 sakinin məskunlaşması nəzərdə tutulur.