Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

C.Koreyadan ittiham: KXDR-nın nüvə proqramına dəstək göstərirlər

Cənubi Koreya Çini Şimali Koreyanı nüvə silahından imtina etməyə məcbur etməyə çağırır.

Publika.az xəbər verir ki, Seul Pekini Şimali Koreyanı nüvə silahından imtina etməyə məcbur etməyə və beynəlxalq təhlükəsizliyi təmin etmək üçün Koreya yarımadasının nüvəsizləşdirilməsi yolu ilə getməyə çağırır. Bu, Cənubi Koreyanın birləşmə məsələləri üzrə naziri Kim Yonq Honun "Financial Times"a (FT) müsahibəsindən məlum olub.

“Şimali Koreyaya qarşı tətbiq edilən sanksiyalar işləmir. Çin və Rusiya hələ də KXDR-in nüvə proqramını dəstəkləmək üçün arxa qapıları açıq saxlayırlar. "Pekin Şimali Koreyaya cilovsuz sıpa kimi davranmağa icazə verməyə davam edərsə, bu, Cənubi Koreya, ABŞ və Yaponiya arasında təhlükəsizlik sahəsində əməkdaşlığı daha da gücləndirəcək”, - deyə nazir xəbərdarlıq edib.

O əlavə edib ki, xarici tərəfdaşların Pxenyana dəstəyi Cənubi Koreyanın təhlükəsizliyini təhdid etsə, Seul daha qətiyyətli addımlar atacaq.

Mehti Kamiloğlu