Azerbaijan

Chery Tiggo 8 Plus modelinin interyerini nümayiş etdirib - FOTO

Chery şirkəti yeni flaqman krossoveri olan Tiggo 8 Plus krossoverinin interyerini nümayiş etdirib. Krossoverin İkinci nəsli tamamilə yenidən işlənmiş salona malik olub. Salonda dəyişdirilmiş ön paneli, sükanı, mərkəzi tuneli, oturacaqları və tərtibat materiallarını görmək olar. Bununla belə, ümumi arxitektura və qapı kartlarının dizaynı dəyişilməyib.

Yenilənmiş Tiggo 8 Plus modeli "adi" Tiggo 8-dən "süzən" iki tərkibli geniş ekranı olan ön panel ilə fərqlənir. Sol tərəfdə 12.3-düymlük rəqəmsal cihazlar paneli, sağ tərədə isə multimedia sisteminin işinə cavabdeh olan eyni ölçülü sensorlu ekran yerləşir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, mühərriki işə salma düyməsi mərkəzi tunelə "köçüb", iqlimə nəzarət sisteminin bloku isə funksional şaybalardan məhrum edilib - indi temperatur və hava axını istiqamətini 8-düymlük sensorlu ekran və ya qeydə alınmayan selectorlar vasitəsilə tənzimləmək olar.

Havalandırma sisteminin ümumi arxitekturası dəyişməsə də, deflektorlar fərqli dizayna malik olublar. Media  və iqlimə nəzarət sistemlərinin "qaynar" düymələri indi metalı təqlid edən örtüyə sahibdirlər və daha sanballı görünürlər. Oturacaqlar tamamilə yenidir: yastıq daha uzundu, yan tərəflərin profili kiçildilib, qızdırılma və havalandırma ilə yanaşı, sürücü oturacağındkı baş dayağının tənzimlənməsi tətbiq edilib. Ön panelin alt hissəsi, oturacaqlar və qapı kartlarının bir hissəsi yumşaq Nappa dərisi ilə üzlənib.

Arxa sərnişinlərin rahatlığı da unudulmayıb: ikinci sırada fərdi oturacaqlar quraşdırıla bilər və onların arasında mikroiqlimin tənizmlənməsi üçün sensorlu blok quraşdırılıb. Salonu üç variantda sifariş etmək olar: beş, altı və yeddi yerlik.

Flaqman modeli Çin bazarında payızın ortalarında satış debütü etməlidir. Yerli bazarda Tiggo 8 Plus krossoveri 195 at qüvvəli 1,6-litrlik benzin turbomühərriki və yeddi pilləli Getrag preselektiv "robotu" ilə təklif ediləcək. Eyni güc qurğusu standart Tiggo 8 modelində də quraşdırılır. Chery Tiggo 8 modelində olduğu kimi, yeni krossover də ön ötürməlidir.

Chery Tiggo 8 Plus modelinin qiymətləri onun rəsmi təqdimatına yaxın zamanda elan ediləcəkdir. Böyük ehtimalla, yeni model qabaqcıl avadanlıq və zəngin opsiyalar siyahısı sayəsində Tiggo 8 krossoverinin top versiyasından bir qədər bahalı olacadır. Çində 1.6-litrlik mühərriklə təchiz edilmiş Chery Tiggo 8 modelinin ən bahalı versiyası 155.9 min yuana (34 min manata) satılır.

Milli.Az

Football news:

Zenith is necessary to protect the Semak. He can become as much of a legend as Semin is to Loco. Sabitov about the coach of St. Petersburg
Morelos scored the 21st goal in European competition for Rangers, repeating Mccoist's record
Tottenham were the first Premier League clubs to lose in the European Cup season
Arsenal have not conceded at home for the first time since July 1. Goalkeeper Runarsson made his debut for the Londoners
Sandro Tonali: Milan on the crest of a wave. The Rossoneri shirt is pressing, but I'm getting in shape
Kadyrov's adviser hit the judge in the groin, and his son was dismissed from Akhmat and banned for three years. At first they all denied
AEK Carrera lost both matches in the Europa League with a total score of 1:5