Azerbaijan

Çinli həkimlər açıqladı: Yüksək şəkər səviyyəsi koronavirusdan ölüm riskini artırır

Çin mütəxəssisləri qanda yüksək şəkər səviyyəsinin koronavirusun ağır formalarından ölüm ehtimalını bir neçə dəfə artırdığını deyib.

Milli.Az xəbər verir ki, araşdırmanın nəticələri "Diabetologia" jurnalında yayımlanıb.

"Müşahidələrimiz ilk dəfə göstərdi ki, xəstəxanaya yerləşdirilən zaman qanda qlükoza səviyyəsinin yüksəlməsi ölüm riskinin artmasına səbəb olur və ya COVID-19 ilə əlaqəli ağırlaşmaların inkişafı ilə bağlıdır", - həkimlər qeyd edib.

Həkimlər koronavirus infeksiyası olan bütün xəstələrdə qanda şəkər səviyyəsinin yoxlanılmasını tövsiyə edir.

Qeyd olunur ki, pandemiyanın başlamasından sonra tədqiqatçılar müəyyən edib ki, SARS-CoV-2 xəstəliyinin törədicisi siqaret çəkənlərə, həmçinin diabet, piylənmə və xroniki ürək xəstəliyi olan insanlara daha çox təsir edir. Həkimlərin fikrincə, ürək problemləri koronavirus xəstələrinin ölüm ehtimalını dörd dəfədən çox, piylənmə və şəkərli diabet isə beş qat artırır. (publika.az)

Milli.Az

Football news:

Alexis Sanchez: I really wanted to stay at Inter. I found a family here
Emil Heskey: Salah should have moved to another club if Liverpool had not taken the Premier League
Roma are discussing with Manchester United the purchase of Smalling
Belenov – the best player of Ufa in the 2019/20 season
Seedorf on real's chances of passing city: Hard, but nothing is impossible
Hennessy on the cancellation of the ban of Manchester City: this is a slap in the face of UEFA
Lopetegi about éver Banega: When he plays well, the whole of Seville plays well