Azerbaijan

Çox narahat idim, çünki 8 il yaşayacağıma ümidim yox idi - Əfv edilən məhkum

Prezident İlham Əliyev gözləmədiyim halda məni sevindirdi.

Milli.Az bildirir ki, bunu Trend-ə əfv olunan məhkum, 1952-ci il təvəllüdlü Bünyadov Eldar Əliyaqub oğlu deyib.

O bildirib ki, əfv olunacağı ağlına da gəlməyib:

"Cənab Prezident gözləmədiyim halda 8 il cəzamı bağışladı. Çox narahat idim, çünki 8 il yaşayacağıma ümidim yox idi. Bu sərəncam ailəmi də, məni də çox sevindirdi. Nəvələrim üçün çox darıxırdım. Mən ailəm adından, öz adımdan cənab Prezidentə təşəkkür edirəm".

Xatırladaq ki, aprelin 6-da Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. Dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ölkə Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq və humanizm prinsiplərinə əsaslanaraq, 176 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Ümumilikdə müstəqillik dövründə Azərbaycanda 66 əfv sərəncamı imzalanıb, 11 amnistiya aktı qəbul edilib.

Milli.Az

Football news:

La Liga wants to start the new season in September with 30% of the stands filled
The management of the Premier League excludes the possibility of canceling the relegation this season
In 2001, Beckham played the best match for the national team. He was inspired by a girl with a unique disease-an inverted heart
Inter will get 15 million euros if PSG sell Icardi to another Italian club
Langle does not want to leave for Inter from Barcelona
Lineker on Messi: I am a fan of Ronaldo, but the title of the best player in the world can not even be discussed
Gianfranco Zola: Hazard and Willian suffered from Sarri's training