Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Dollarla bağlı ŞOK PROQNOZ: "Ayın sonuna yaxın..."

İnvestisiya şirkətləri və bankların analitikləri oktyabrda dolların Rusiya rubluna nisbətdə ucuzlaşacağını gözləyirlər.

Publika.az xəbər verir ki, bu barədə "Prem" agentliyi məlumat yayıb.

Ekspertlər həmçinin Rusiya valyutasının avro və Çin yuanı qarşısında möhkəmlənəcəyini proqnozlaşdırırlar.

Oktyabrda dolların məzənnəsi necə olacaq?

Analitiklərin gözləntiləri əsasında tərtib edilən konsensus proqnozuna görə, oktyabrda dollar məzənnəsi 96,23 rubla kimi ucuzlaşacaq.

Avro və yuana gəlincə, analitiklər gələn ay onların müvafiq olaraq 102,17 və 13,15 rubla düşəcəyini proqnozlaşdırırlar.

Analitik Andrey Mankonun fikrincə, dolların məzənnəsinin aşağı düşməsi ayın sonuna yaxın gözlənilməlidir.

Hüseyn İbadlı