Azerbaijan

Dünyada ən sürətli SSD daşıyıcı təqdim edilib

"Adata" şirkəti "PCI Express 4.0 x4" interfeysini dəstəkləyən "M.2" formatlı yeni SSD daşıyıcısını təqdim edib. Şirkətin rəsmisi əmin edir ki, "XPG Gammix S70" məlumatları rekord sürətdə ötürmək qabiliyyətinə malik olan ən sürətli daşıyıcıdır.

  Milli.Az ictnews.az-a istinadən bildirir ki, istehsalçının məlumatına görə, "XPG Gammix S70" daşıyıcısı məlumatları saniyədə 7400 MB-dək sürətlə oxuyur, saniyədə 6400 MB-dək sürətlə isə yazır. Müqayisə üçün, "Samsung 980 Pro PCIe 4.0 M.2" daşıyıcısında müvafiq göstəricilər 7000 və 5000 MB/s təşkil edir.

  Daşıyıcı istiliyin daha yaxşı yayılmasına imkan verən qeyri-adi formalı alüminium radiatorla təchiz edilib. Nəticədə çipin temperaturu 30% azalır.

  "Adata"  şirkəti "LDPC" səhvlərin düzəlişi və "AES" 256 bitlik şifrləmə texnologiyalarından istifadə haqqında bildirib. Bundan başqa, istehsalçı qurğuya 5 illik zəmanət verir.

  Daşıyıcı 1 və 2 TB-lıq versiyalarda əlçatan olacaq. Satışların başlama tarixi və qiyməti hələ açıqlanmayıb.

Milli.Az

Football news:

Hans-Dieter flick: I Hope Alaba will sign a contract with Bayern. Our club is one of the best in the world
Diego Maradona: Messi gave Barca everything, brought them to the top. He was not treated the way he deserved
Federico Chiesa: I hope to leave my mark in Juve. We will achieve great results
The Coach Of Benfica: I don't want us to look like the current Barcelona, it has nothing
Guardiola on returning to Barca: I'm happy at Manchester City. I hope to stay here
Fabinho will not play with West ham due to injury
Ronald Koeman: Maradona was the best in his time. Now the best Messi