Azerbaijan

Düşmənin atdığı top Goranboyun Yenikənd kənd sakininin evinə düşüb

Ermənistan ordusu Goranboy rayonunun yaşayış məntəqələrini artilleriya atəşinə tutmaqda davam edir.

Azərtac-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, düşmənin atdığı top mərmisi rayonun Yenikənd kəndində Seymur Mustafayevin evinə düşüb. Evə ciddi ziyan dəyib.

Ev sahibinin qardaşı Səbuhi Mustafayev  bildirib ki, hadisə səhər saatlarında baş verib. Ev və içindəki əşyalar yararsız hala düşüb. “Xoşbəxtlikdən evdə olan qardaşım həyətdə imiş. Ermənilər kəndi hədəf alırlar. Özü də ancaq mülki əhalini. Atılan bəzi raketlər partlamayıb. Düşmənin fikri sakinləri qorxutmaqdır. Amma kənddən heç kim çıxası deyil. Hamı öz evindədir. Çünki biz düşməndən qorxmuruq”.

Kənd sakini Əkbər Abdullayev də kənddə heç kimin öz evini tərk etmədiyini bildirib. “Düşmənin atdığı mərmilərdən qorxmuruq. Özüm bu ərazilərdə beş il döyüşmüşəm. Hazırda da doğma kəndimdəyəm. Ermənilərin atdığı top qohumumun evinə düşüb. Həmin vaxt evdə kimsə olmayıb. Ermənistan ordusu kəndi atəşə tutmaqda davam edir. Amma buna baxmayaraq, kəndimizi qoyub heç yana getmirik, Azərbaycan Ordusuna güvənirik”.

Ermənilərin ancaq mülki şəxsləri atəşə tutduğunu deyən Ə.Abdullayev qeyd edib ki, düşmən Azərbaycan əsgəri ilə döyüşə girməkdən qorxur deyə, sakinləri hədəf alır. “Ordumuzun döyüş ruhu yüksəkdir. Düşmənə layiqli cavab verir. Azərbaycan əsgəri ilə fəxr edirik”, - deyə o vurğulayıb.

Football news:

Hans-Dieter flick: I Hope Alaba will sign a contract with Bayern. Our club is one of the best in the world
Diego Maradona: Messi gave Barca everything, brought them to the top. He was not treated the way he deserved
Federico Chiesa: I hope to leave my mark in Juve. We will achieve great results
The Coach Of Benfica: I don't want us to look like the current Barcelona, it has nothing
Guardiola on returning to Barca: I'm happy at Manchester City. I hope to stay here
Fabinho will not play with West ham due to injury
Ronald Koeman: Maradona was the best in his time. Now the best Messi