logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo
star Bookmark: Tag Tag Tag Tag Tag
Azerbaijan

Elçin: "Ehtiyat edirəm, ailəm, uşağım var" -

Bizə mesaj gəlməli idi ki, hansı tarixdə keçiriləcəyini paylaşaq. Bilmirəm nədən asılıdır, amma iş gec gedir. Belə məqamlar insanı soyudur.

Milli.Az bildirir ki, bu sözləri axşam.az-a açıqlamasında müğənni Elçin Cəfərov namizəd olduğu qalmaqallı "Altın Kelebek" mükafatlandırma gecəsi haqda danışarkən deyib.

Müğənni təşkilatçı tərəfindən hər kəsə eyni diqqət göstərilməməsini qınayıb:

"Sənətçilərimizdən qatılanlardan geri çəkilənləri olub. Xanımlara bilet alınıb, bəylər isə özü almalıdır. Əslində, böyük bir şey yoxdur. Amma eyni diqqət ayrılmalıdır. Böyük bir proyektdir, sponsoru da var. 4 nəfəri aparıb-gətirmək böyük bir şey deyil. Kiminsə xətrinə dəyməsin, hamı sənətçidir".

E.Cəfərov son vaxtlar sənətdə geri çəkilməsinin səbəbini də açıqlayıb:

"Bir az qarışıqlıq düşüb deyə geri çəkilmişəm. Keçid dövrü yaşayırıq. Bütün dünyada belədir. Hamı Dreykin ritmlərindən istifadə edir. Bizdə isə bunlar olmayıb. İndi artıq o tərz dəbdədir. Musiqini təkcə Azərbaycan idarə etmir. Müasir səslər daha çox yayılıb. Ona görə də bizim kimi sənətçilər bəzi məqamlarda belə oxumağı özünə ayıb bilir. 15 yaşlı uşaq kimi oxuya bilmərik axı. Adam ehtiyat edir. O ruhu da tapmaq lazımdır. Söz-musiqi yaxşıdırsa, eyni ritmlərdən istifadə etmək olar. Sadəcə insan çətinliyə düşür ki, birdən yüngül mahnı kimi yanaşarlar.

Məndən də belə mahnılar yazmağımı istəyirlər. Yazıram da... Azərbaycan sənətçilərinin çox az qisminı çıxmaqla, qalanı komplekslidir. Özümüzü ulduz kimi görə bilmirik. Elə müğənnilərimiz var ki, həyatlarını elə seçiblər. Biz isə yüngül bir iş görəndə, geyinəndə ehtiyat edirik. Müəyyən yaşa çatmışam, uşağım, ailəm var. Bunlar adamı tam sənətçi kimi formalaşmağa qoymur. Çünki dost-tanış var deyə, diqqət edirik.

İndi mahnı yazmaq çox asandır. Zamanla hər şey dəyişdi. Artıq pianoya ehtiyac yoxdur. Ritmi qoyursan, sadəcə ruhu tutmaq lazımdır. Şou-biznesimiz ucuzlaşıb, bayağıları kənara qoyuram. Hamı onları tanıyır. Bir neçə il öncə çıxan mahnılara baxırsan, onlarda geniş musiqi var. İndi 1-2 harmoniyanın üstündə mahnı qururlar. İndi oxuyanlar rep deyir, çünki bu, dəbdədir".

İfaçı konsert vermək istəsə də, buna tələbat olmadığını dilə gətirib:

"Uşaqlıqdan konsert müğənnisi olmaq istəmişəm. Amma biz Azərbaycanda yaşayırıq, reallıqlar var. Hələki toylara gedirik. Yəqin ki, nə vaxtsa düzələcək. Gərək tələbat olsun ki, konsert verim".

Milli.Az

Themes
ICO