Azerbaijan

Elman Rüstəmovla bağlı qalmaqal böyüyür

Dünən Mərkəzi Bankın sədri Elman Rüstəmovun dövlətə 1 milyarda yaxın borcu olduğu bildirilmişdi. Bu məbləği E.Rüstəmov “DekaBank”, “StandartBank”, “ZaminBank” və digər bağlanan, eləcə də hazırda fəaliyyətdə olan bir sıra banklardan şəxsi mənafeyi üçün aldığı qeyd edilmişdi. AMB-nın rəhbərinə həmin vəsaiti dövlətə qaytarmağa ilin sonuna kimi vaxt verildiyi qeyd edilmişdi.

Unikal.org-un bu gün əldə etdiyi digər məlumatda bildirilir ki, AMB-ın sədri Mərkəzi Bankın təlimatlarını pozaraq “StandartBank” və “DekoBank” vasitəsilə xarici şirkətlərə, fiziki şəxslərə aşağı faizlə yüz milyonlarla uzun müddətli kreditlər verib.

E.Rüstəmovun Bakıda şəriki olduğu MTK-lara da yeni binalar tikmək üçün böyük məbləğlərdə kreditlər verdiyi üzə çıxıb. Bütün kreditlər düşünülmüş şəkildə, 2015-ci olan devalvasiyadan öncə verilb.

Şəxsən Elman Rüstəmovun tapşırığı əsasında, ciddi qanun pozuntusu ilə verilən kreditlərin 70-80%-i Gürcüstan və Rusiyaya köçürülüb.

Bildirilir ki, baş bankir Avstriyada yeni çap olunan əskinazlarla da bağlı qanun pozuntularına yol verib və bu barədə də geniş məlumat veriləcək.

Aldığımız informasiyaya görə, AMB sədrinin növbəti qurbanı “MuğanBank” olmalıdır. Belə ki, bankda AMB-ın Elman Rüstəmova yaxın olan şəxslərin adına aid 44 mln krediti var. Baş bankirin bu kreditinin silinməsi üçün “MuğanBank” da bağlanmış bankların taleyini yaşamalıdır.

Qeyd edək ki, Elman Rüstəmovun əldə etdiyi çirkli pullarla Azərbaycanda, eləcə də digər ölkələrdə qurduğu biznesləri, çoxsaylı əmlakları üzə çıxıb.

Football news:

Call me Neptune. Ronaldo dived to a depth of 14 meters
Abidal may be dismissed from Barca after Setien. He supports the coach even after 2:8 from Bayern
The city has finally raised a star of its own. Pep calls foden the main talent of his life and is looking for an optimal position for Him
Emre belezoglu finished his career at the age of 39
Barcelona has spent almost a billion euros on transfers over 5 years. That's who the money went to
Andreas Pereira is ready to leave Manchester United. The midfielder is Interested in Benfica, Spanish and Italian clubs
Barca presidential candidate Font about 2:8 from Bavaria: Humiliation. No need to prolong the agony, Bartomeu-resign