Azerbaijan

Ermənilər Paşinyanı söyür: “Biz məğlub oluruq” – Bakının İrəvan üzərində mühüm QƏLƏBƏSİ

Erməni hərbi birləşmələrinin Tovuz istiqamətində təxribatının qarşısını alan və gecə boyu davam edən döyüşlərdə düşmənə ağır zərbələr endirən Azərbaycan informasiya sahəsində də Ermənistana qalib gəlir.

Publika.az

xəbər verir ki, bunu Ermənistan mediası da etiraf edir və Paşinyan hakimiyyətinə səriştəsizlik ittihamları yağdırılır.

İyulun 12-də Azərbaycan Ordusunun Ermənistanın təxribatının qarşısını alması və cavab zərbəsi endirməsindən sonra Müdafiə Nazirliyi sərhəddə baş verənlərlə bağlı rəsmi məlumat yaydı. Məlumatda şəhidlərimiz və yaralılarımızın olduğu qeyd olundu və bildirildi ki, “Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Hər iki tərəfdə itkilər var”.

Ermənistan tərəfi heç bir informasiya vermədi. Bunun səbəbi itkilərinin çox olması idi. Ardınca dünyanın ən böyük informasiya resursları –“Euronews” kanalı və digərləri – Azərbaycan tərəfinin rəsmi informasiyasını yayımladı və bütün dünyanın xəbər lentində Ermənistan tərəfinin sərhəddə təxribat hücumuna keçdiyi, atəşkəs rejimini pozduğu məlumatı keçdi.

Bu, Ermənistanın işğalçı və təcavüzkar olduğunun beynəlxalq ictimaiyyətə növbəti dəfə çatdırılması idi. Cəbhədə düşmənə ağır zərbələr endirən Azərbaycan informasiya cəbhəsində də döyüşü uddu.

“Ermənistanın səsi” saytı bu məğlubiyyətə görə, Nikol Paşinyana qarşı ağır tənqidlər səsləndirib.

Zara Qevorkyanın müəllifi olduğu məqalədə bildirilir ki, Paşinyan Feysbukda kiçik qızın hərbi-vətənpərvərlik mahnısı altında rəqsini paylaşıb “milli hədəflərlə” bağlı filosofluq edirdi, amma sərhəddə baş verənlərə, orada yaşayan insanlara laqeyd münasibət sərgilədi.

“Ermənistanın Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Ombudsmanı, sonra da baş nazir baş verənlərə münasibət bildirdi, amma hər şey çox gec idi. “Euronews” telekanalı da daxil olmaqla bütün beynəlxalq KİV Azərbaycan tərəfinin yaydığı “Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar” məlumatını yayımladı. Biz informasiya cəbhəsində məğlub oluruq, budur, bütün dünya Ermənistanın atəşkəsi pozduğunu oxuyur”, - məqalədə bildirilir.

Erməni hərbi ekspert David Camalyan isə bildirir ki, “Ermənistanın siyasi rəhbərliyinin baş verənlərə münasibəti uşaq yanaşmsına bənzəyir”.

Asif

Football news:

Spartak is going to withdraw from the RPL because of the refereeing – your reaction?
There are 2 cases of coronavirus in Atletico. The match with Leipzig – August 13
Renzo Ulivieri: Pirlo is one of the most profound thinkers of world football. He knows more than most coaches
Pirlo wants to sign Tonali at Juve. Alternative – Locatelli
Before the match with Real Madrid, sterling watched a video of the defeat by Tottenham in the 2018/19 Champions League
Andrea Pirlo: I am Flattered to have received such respect and trust from Juventus
Former Manchester United midfielder angel Gomez has moved to Lille. He will spend the season on loan in Boavista