Azerbaijan

Ermənistan xüsusi xidmət orqanlarından NÖVBƏTİ TƏXRİBAT - FOTO

Son zamanlar Ermənistanın qoşunların təmas xəttində və dövlət sərhədi istiqamətində vəziyyəti gərginləşdirməsi ilə paralel olaraq düşmənin sosial şəbəkələrdə də təxribatçılıq fəaliyyətini gücləndirdiyi müşahidə edilir.

Publika.az xəbər verir ki, ermənilərin feyk məlumatları yaymaq üçün sosial şəbəkələrdə istifadə etdikləri saxta profillərdə Azərbaycan əleyhinə əsassız və təxribat xarakterli informasiyalar yer alır. Belə ki, “etha15.com” adlı resurs guya suriyalı türkmənlərin Ermənistan-Azərbaycan münaqişəsi bölgəsinə yerləşdirilməsi barədə saxta xəbər yayıb. Ermənistan xüsusi xidmət orqanları tərəfindən idarə olunan “asekose.am” adlı resursda da guya suriyalı türkmənlərin Ermənistan-Azərbaycan münaqişə bölgəsinə yerləşdirilməsi barədə təxribat xarakterli informasiya yerləşdirilib.

Düşmən tərəfinin Azərbaycana qarşı istər sosial şəbəkələrdə, istərsə də mənşəyi bəlli olmayan xarici KİV-lərdə yalan, çaşdırıcı məlumatlar paylaşılması mütəmadi qaydada davam etdirilir.

Hazırkı həssas dövrdə Azərbaycan vətəndaşlarının sosial şəbəkələrdə daha diqqətli olması məqsədilə təxribat xarakterli belə məlumatlar yayan səhifələrdən və KİV-lərdən bir neçəsini təqdim edirik.

Football news:

Hans-Dieter flick: I Hope Alaba will sign a contract with Bayern. Our club is one of the best in the world
Diego Maradona: Messi gave Barca everything, brought them to the top. He was not treated the way he deserved
Federico Chiesa: I hope to leave my mark in Juve. We will achieve great results
The Coach Of Benfica: I don't want us to look like the current Barcelona, it has nothing
Guardiola on returning to Barca: I'm happy at Manchester City. I hope to stay here
Fabinho will not play with West ham due to injury
Ronald Koeman: Maradona was the best in his time. Now the best Messi