Azerbaijan

#EVDƏQAL – Şəkilləri redaktə etməyi öyrədən

Bu gün mobil tətbiqlər vasitəsilə ən sadə şəkli belə, əsl incəsənət əsərinə çevirmək mümkündür. Sizə sadəcə olaraq, proqramı seçmək və şəkillərinizin üzərində işləmək lazımdır. "Bəs mənə uyğun olan proqramı necə seçim?" sualı sizi tərəddüdə salır?

Milli.Az ted.az-a istinadən işinizi asanlaşdırmaq üçün 5 məşhur fotoredaktə tətbiqini təqdim edirik.

Tətbiqləri təqdim etmədən öncə qeyd edək ki, sizin şəkil üzərindəki fotoredaktə işləriniz əlavə gəlir mənbəyiniz də ola bilər. Yəqin ki, mobil şəkillərlə pul qazanmaq haqqında fikirləşmisiniz, lakin bu haqda bir qədər sonra.

Gəlin, şəkil redaktəsi üçün bir neçə və ən yaxşı proqramları gözdən keçirək.

1. VSCO

Ən sevimli, rahat və pulsuz fotoredaktə proqramlarından biridir. VSCO-ya öyrəşmək olduqca rahatdır. Tətbiqin sadə alətləri yaradıcılıq üçün stimul verir.

Alətlərdən başqa, VSCO özündə fotoaparat və şəkil paylaşımı üçün funksiyanı da daşıyır. Tətbiq iOS və Android istifadəçiləri üçün keçərlidir.

2. Snapseed

Snapseed digər tətbqilərdən fərqli olaraq, özündə müxtəlif filtir funksiyasını daşıyır. Bu tətbiqin arzuolunmaz detalları silmək üçün sehrli fırçası da var.

iOS və Android istifadəçiləri üçün keçərli olan Snapseed faylları RAW və DNG formatında dəstəkləyir.

3. İnstaqram

Əlinizin altında olan aləti də unutmamaq lazımdır. İnstaqram sosial şəbəkəsinin ən mükəmməl tərəflərindən biri də burada şəkilləri redaktə edib, dərhal da paylaşa bilməkdir. Tətbiq olduqca rahat və sadədir. Siz hər zaman öz əl işinizi şəbəkənin geniş auditoriyasında nümayiş etdirə bilərsiniz. Bu tətbiq də iOS və Android istifadəçiləri üçün nəzərdə tutulub.

4. Adobe Photoshop Express

Əgər siz ən peşəkar proqramlardan birinin axtarırsınızsa, o zaman bu tətbiq məhz sizin üçündür. Proqram istifadəçiyə şəkil üzərində standart formada işləməyə, şəkili çərçivəyə almağa imkan verir. Tətbiqdə, hətta RAW dəstəkli faylları da redaktə etmək olur.  iOS və Android dəstəkli cihazlar üçün keçərlidir.

5. AutoDesk Pixlr

Pixlr - bu ödənişsiz tətbiq özündə 2 milyon fərqli filtir, effekt və əlavələri birləşdirir. Bundan başqa, şəkillərdən ibarət kollaj düzəltmək, şəklə yazı əlavə etmək, fotoları bir-birinin üzərində yerləşdirmək olur. Tətbiq gözdə olan qırmızı tonu, dəridəki ləkəni götürməyə və dişləri ağartmağa imkan verir.  iOS və Android istifadəçilərinin ən çox istifadə etdiyi tətbiqlərdən biridir.

Milli.Az

Football news:

The management of the Premier League excludes the possibility of canceling the relegation this season
In 2001, Beckham played the best match for the national team. He was inspired by a girl with a unique disease-an inverted heart
Inter will get 15 million euros if PSG sell Icardi to another Italian club
Langle does not want to leave for Inter from Barcelona
Lineker on Messi: I am a fan of Ronaldo, but the title of the best player in the world can not even be discussed
Gianfranco Zola: Hazard and Willian suffered from Sarri's training
Barcelona wants to convince Artur to agree to a trade to Juventus for Pjanic