Azerbaijan

"Forbes"in ən gənc lideri: "Ən güclü lobbi qurmağa məcburuq"

"Avropa mətbuatı Qarabağ savaşı haqda yanlış məlumat yayır".

Bunu Publika.az-a açıqlamasında dünyanın nüfuzlu jurnallarından olan "Forbes"in siyahısına düşən ən gənc lider, İsveçdə yaşayan həmvətənimiz Siyavuş Dirəxti deyib.

O bildirib ki, Aropada doğulub, yaşayıb:

"Mənim vətənim, canım Azərbaycandır. Baş verən hadisələri görürük. Həm qürurlanırıq, həm də ürəyimiz yanır. Azərbaycan bizim ciyərimizdir, Qarabağ bizim canımızdır. Qarabağ Azərbaycandır! Amma təəssüf ki, avropalılar baş verənlərdən məlumatsızdır. Burada islamofobiya, anti-türkçülük dalğası var. Xəbərlərdə də bizi işğalçı adlandırırlar. İllərdir fəaliyyətimlə bu mübarizəyə qarşı çıxıram. Dünya üzrə dostlarımın siyahısı genişdir. Bu siyahıda avropalı nazirlər, deputatlar, sözükeçən insanlar var. Ən çox da onlarla müzakirələrim olur. Xalqımın öz torpaqlarını düşməndən azad etmək yolunda haqq savaşı apardığını bildirirəm. Sosial şəbəkələrdə də məni izləyən nüfuzlu şəxslər var. Paylaşımlarımla hadisələrin əsl üzünə diqqət çəkmək istəyirəm. Dünya insanı ilə öz dilimizdə deyil, onların anlaya biləcəyi tərzdə danışıram".

"Bu gün dünyada yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur. Ən güclü lobbilərdən birini qurmağa məcburuq. Fərqi yoxdur, istər mədəniyyət işçisi olsun, istər həkimi yaxud sıravi vətəndaşı, fəal olmaq boyunumuzun borcudur. Vətənimizi işğal edən düşmənin yalanını ifşa etməliyik. Avropadakı suriyalılar və assuriyalı qaçqınların sayı çoxdur. Özünüz bilirsiniz, onlar da erməniyə tay millətdir. İnformasiya mübarizəmiz həm də onlarla, habelə İranın xəyanətkar rejimi ilədir. Mən özüm də Cənubi Azərbaycanlıyam. Oradakı qardaşlarıma da, türk qardaşlarımıza da yüksək mübarizə ruhu üçün təşəkkür edirəm. İveçdə doğulmuşam, amma ruhum, qanım Azərbaycanındır. Torpağımızın keşiyini çəkən əsgər qardaşlarıma sevgilərimi yollayıram. Yaşasın Vətən!, - deyə Dirəxti bildiribş

Leyla Sarabi

Football news:

Andrea Pirlo: Messi is still on top. With such players, we must hope that they do not have the best day
The figures of Robert Lewandowski, which frightens not only the locomotive
Who will be the top scorer in the Champions League?
La Liga President on the departure of Ronaldo and Neymar: it is better to leave because of taxes than because of anything else
Kane and Son gave each other 29 assists in the Premier League. Only Lampard and Drogba (36) did it more often
Veron about Messi: Playing in Barca gives him discomfort
Mitryushkin on the move to Fortuna: Germany is a country of goalkeepers. I can learn a lot here