logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo
star Bookmark: Tag Tag Tag Tag Tag
Azerbaijan

Futbol tarixinin ən güclü komandaları müəyyənləşdi -

Futbol tarixinin ən güclü komandaları bəlli olub.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu barədə araşdırmanı "Clubelo" nəşri aparıb.

Siyahının ilk pilləsində "Barselona" qərarlaşıb. Kataloniya klubunun 2012-ci ildəki heyəti ən güclü olub. Həmin vaxt komandaya Pep Qvardiola başçılıq edib.

Qvardiolanın 2014-cü ildə çalışdırdığı "Bavariya" ikinci pilləni tutub. İlk "üçlüy"ü karlo Ançelottinin başçılıq etdiyi "Real"ın 2014-cü ildəki heyəti qapayır.

"Liverpul"un hazırkı heyəti 4-cü, "Real"ın 1961-ci ildəki komandası 5-ci olub. "Milan" (1993) 6-cı,

"Mançester Siti" (2019) 7-ci, Macarıstan MTK-sı (1955) 8-ci, "Çelsi" (2008) 9-cu sıranı tutub. İngiltərənin digər təmsilçisi "Mançester Yunayted" isə (2008) 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, reytinqdə qol fərqi, ev sahəsinin üstünlüyü və Avropa çempionatları arasındakı güc fərqi nəzərə alınıb.

Milli.Az

Themes
ICO