Azerbaijan

“Görünməmiş hadisə-cinayətkar, terrorçu dəstənin başçısı kömək üçün Putinə yalvarıb…”

“Görünməmiş hadisə-cinayətkar, terrorçu dəstənin başçısı kömək üçün Putinə yalvarıb...”

Fuad Ələsgərov

Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Araik Arutyunyanın dünən Rusiya prezidenti Vladimir Putinə açıq məktubla müraciət edərək hərbi əməliyyatların dayandırılması üçün ona yalvarması düşmənin hansı acınacaqlı durumda olduğuna dəlalət edir.

Virtualaz.org xəbər verir ki, Azərbaycan prezidentinin hüquq-mühafizə orqanları ilə iş üzrə köməkçisi Fuad Ələsgərov özünün Twitter səhifəsində Araik Arutyunyanın bu miskin yalvarışlarına münasibət bildirib.

“Görünməmiş hadisə - cinayətkar terrorçu dəstənin başçısı A.Arutyunyan kömək üçün Rusiya Prezidentinə yalvarıb. Bu, Azərbaycanın dinc əhalisinin qətlinə görə qaçılmaz məsuliyyətdən yayınmaq üçün edilən mənasız cəhddən başqa bir şey deyil”,-Fuad Ələsgərov ermənilərin müharibə və terror cinayətərinə “stop” həştəqi ilə tvit yazıb.

Qeyd edək ki, hərbi əməliyyatların başladığı ilk günlərdə ermənilərin “müharibə allahı” olduqları barədə pafoslu bəyanatlar verən və tezliklə Azərbaycanı məğlub edəcəkləri haqda danışan Araik Arutyunyan Putinə məktubunda “Dağlıq Qarabağ erməniləri ilə Rusiya arasında tarixi dostluqdan” uzun-uzadı danışır. Və ondan hərbi əməliyyatların dayandırılması üçün acizanə şəkildə kömək istəyir. “Sizdən xahiş edirəm ki, döyüş əməliyyatlarının dayandırılması və siyasi prosesin bərpa edilməsi üçün bütün mümkün olanı edəsiniz”,-şəxsən törətdiyi hərbi cinayətlərə görə Azərbaycanda barəsində cinayət işi qaldırılan Arutyunyan bildirir.

Football news:

Rooney on the possibility of a move to Barca in the 2010/11 season: Thinking about it. Could fit in perfectly
Hooray, in England they will let the audience into the stands again! While up to 4 thousand and not everywhere, but the clubs are happy 😊
Solskjaer about the match with Istanbul: these are the Champions of Turkey, it will be difficult
Gasperini on the nomination for the best coach of the year award: If we beat Liverpool, maybe I'll get a few votes
Julian Nagelsmann: Leipzig want to give PSG that final feeling they are talking about
Tuchel Pro Champions League: Match with Leipzig - the final of our group
Antoine Griezmann: it's Time to put everything in its place. I've had enough