Azerbaijan

Həm sərinlədəcək, həm də "ağlı başdan alacaq"

Nyu-York ştatının qubernatoru tünd alkoqollu içkilər əlavə edilmiş dondurmanın istehsalına icazə verən qanunu imzalayıb.

Milli.Az xəbər verir ki, iki il əvvəl qubernator Endryu Kuomo pivə və sidrlə dondurma istehsalına icazə verib. İndi bu desertə likör da əlavə etmək olar. Rəsmilər hesab edirlər ki, bu qanun kiçik biznesi stimullaşdıracaq, nyu-yorklu fermerlərə, kraft içki və süd məhsulları istehsalçılarına istehlakçıların tələbatını ödəməyə imkan verəcək.

Qaydalara görə, dondurmada alkoqol 5 faizdən çox ola bilməz. Bu deserti 21 yaşından gənc insanlara satmaq da qadağandır.

Dondurmanın yaradıcıları bildirirlər ki, tünd alkoqol və qaymaqlı dondurmanın birləşməsi improvizasiyaya imkan verən dadların böyük palitrasını yaradır. Likör, pivə və sidrdən əlavə, dondurmanın həmçinin şərab və ağcaqayın burbonu ilə olan variantları da var. (publika.az)

Milli.Az

Football news:

Milan have agreed a transfer of the forward Bude-Glimt Hauge for 5 million euros. He scored them in the Europa League
Juventus offers Khedira 3 million euros for breaking the contract. The German demands 6 million
Tottenham are ready to sell Voigt for 10 million euros and increase the offer for Skrinjar to 45 million
Bellerin on 1:3 with Liverpool: Arsenal could have drawn or won
Klopp on the leadership of Leicester, Liverpool and Everton after 3 rounds: who cares who is in the lead now? This is just the beginning
Olas on Depay and Aouar: those who do not have time to leave before October 2, will remain in Lyon
Liverpool pinned Arsenal: Robertson brought, but corrected, Jota scored the team's 400th goal in the Premier League under Klopp