Azerbaijan

Həqiqi ziyankarlar kimlərdir?

Xusran əməl o mövzulardandır ki, Qurani-Kərim dəfələrlə ondan söz açmışdır. Bu söz təxminən 65 dəfə Quranda işlənmişdir.

Ziyan, maddi həyatda nisbi olduğu kimi, hər kəs üçün müxtəlif mənalarda işlənir. Belə ki, adi insanlar üçün xusran əməl mal əldən vermək və ya qazandığı malın tələf olması kimi mənalarda işlənir.

Mənəvi aləmdə də ziyan nisbidir. Belə ki, İlahi övliyalar özlərini məzəmmət edərlər ki, nə üçün şərait olan zaman istədikləri mənfəəti əldə edə bilməyiblər. Ona görə də özlərini ziyankarlardan bilirlər.

Ancaq elə şəxslər də vardır ki, onlar həqiqətən də ziyankarlardır. Nəinki mənfəət əldə etməyiblər, əslində çoxlu ziyan da ediblər.

"(Ya Peyğəmbər,) de: "Sizə insanların (dünya) əməllər(i) baxımından ən çox ziyana uğrayanlarından xəbər verim?". Onlar, dünya həyatındakı (hər hansı bir xeyir işdəki) səyləri (küfrlərinə görə) puç olaraq yoxa çıxmış və yaxşı iş görmələrini sanan kəslərdir.

Onlar öz Rəbblərinin (tövhid) ayələrinə və (axirət günü) Onunla görüşəcəklərinə küfr etmiş kəslərdir. Beləliklə, onların əməlləri (küfrlərinə görə) puç və batil oldu və nəticədə Qiyamət günü onlara heç bir dəyər verməyəcək və əməllərinin ölçülməsi üçün bir tərəzi qurmayacağıq. Belə ki, onların cəzası cəhənnəmdir. Çünki onlar küfr etdilər və Mənim tövhid nişanələrimi və peyğəmbərlərimi məsxərəyə qoydular". ("Kəhf" 103-106).

Bu ayədən də göründüyü kimi, həqiqi ziyankarlar əslində öz ziyanlarından xəbərdar deyildirlər. Əksinə, özlərini mənfəət əldə etmiş şəxslərdən sayırlar və cəhalət içindədirlər. Bu kəslər - küfr etmiş kəslərdir.

Həyatda çox sayda belə insan vardır ki, pis iş görmələrinə baxmayaraq, özlərini yaxşı əməl etmiş kimi hesab edir. Bu cəhaləti ola bilsin ki, aylar və illər çəksin və onlar bu əməllərinə davam etsinlər. Əslində insan üçün bundan böyük bədbəxtlik yoxdur.

Bir nəfər yuxarıdakı ayələrlə bağlı İmam Əliyə (ə) sual verir. İmam (ə) buyurur: "Məqsəd - yəhudi və xristiandır. Onlar əvvəldə haqq yolunda idilər. Sonra dinlərində bidət yaratdılar. O halda ki, bu bidətlər onları yolundan azdırdı. Güman edirdilər ki, yaxşı iş görürlər. Nəhrəvan xəvaricləri onlardan heç də uzaq deyildirlər". (Beytutə)

Yəni, təəssübkeşlik, təkəbbür, özünü həddən artıq sevmək - bu kimi ziyanlara gətirib çıxarda bilir.

Milli.Az

Football news:

Simeone plays a key role in the transfer of Suarez to Atletico
The Agent Of Gareth Bale: In real Life, Gareth was treated differently. I hope there will be no question of a return
Micah Richards: People write: Richards only works live because of BLM. I achieved this through hard work
The former Director of Barca: Martino said Messi: I know that if you call the President, he will throw me out
Liverpool are in contact with Mbappe's entourage and will compete for him with Real Madrid next summer
Carragher on de Bruyne: Next after Messi and Ronaldo. This is the best player in the Premier League
Morata arrived in Turin. He goes to Juve on loan