Azerbaijan

Həyətində çətənə yetişdirən şəxs saxlanıldı - FOTO

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası və qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlər nəticəsində rayonun Qəbələ Müskürlü kənd sakini, əvvəllər də məhkum olunmuş Teymur Əmircanov saxlanılıb. Onun kənd ərazisində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan xüsusi qulluq göstərilməklə yetişdirilən 30 ədəd çətənə kolu və 1 kiloqram 480 qram qurudulmuş marixuana aşkar olunaraq, maddi sübut kimi götürülüb.

Saxlanılan şəxs çətənə kollarını mart ayında əkib-becərdiyini və qulluq göstərdiyini bildirib.

Faktla bağlı Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Football news:

Godin will terminate his contract with Inter and move to Cagliari (Fabrizio Romano)
Wolverhampton made red and green uniforms to make the 12 Portuguese players at the club feel good. New level of care 🔴 🟢
Jose Mourinho: I have too many players at Tottenham. I don't like it
FIFA allowed players to change the national team if they played one official match other than the world Cup
Tiago is still in Liverpool: he came for a new challenge, and Klopp won't even have to sell anyone
Tiago on moving to Liverpool: I Want to win as many trophies as possible. I will give my heart to the field
Ex-agent of Levandovsky sued the player's company and demands about 9 million euros