Azerbaijan

“Huawei Azerbaijan” koronavirusla mübarizədə Heydər Əliyev Fonduna dəstək göstərib - FOTO

"Huawei Azerbaijan" koronavirusla (COVID-19) mübarizədə Heydər Əliyev Fonduna dəstək göstərib. Xüsusi karantin rejimi ilə bağlı tədbirlərin dəstəklənməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində COVID-19 virusuna qarşı qoruyucu və profilaktik vasitələr Azərbaycana gətirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu vasitələr sırasında tibbi maskalar, steril əlcəklər, gözün selikli qişasını qorumaq üçün hava keçirməyən və tərləməyən eynəklər, həmçinin birdəfəlik tibbi qoruyucu kostyumlar var.

Qeyd olunan xüsusi qoruyucu vasitələrin Heydər Əliyev Fondu tərəfindən "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nə (TƏBİB), Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət Müəssisəsinə, uşaq evləri və internat məktəblərinə təqdim olunub.

Çinin "Huawei" şirkəti Azərbaycanda 17 ildən artıqdır ki, fəaliyyət göstərir. "Huawei Tech. Azerbaijan" MMC-nin baş icraçı direktoru Lu Canlin qeyd edib ki, "Huawei" ötən müddət ərzində həm tərəfdaşları, həm də Azərbaycan xalqı ilə dost münasibətləri qura bilib. Dostluq və tərəfdaşlıq çətin zamanlarda daha vacibdir, çünki əsl dost belə vacib günlərdə tanınar. Məhz buna görə "Huawei" şirkəti COVID-19 pandemiyasına qarşı Azərbaycan hökuməti və xalqı ilə səylərini birləşdirir.

Milli.Az

Football news:

There is a real chance that 50-60 clubs will go bankrupt. The owner of Huddersfield about the consequences of the pandemic
Valverde about the game with Manchester City: we Want to play so that we can go further. Real is ready to do anything for this
Great selection from Roma: KAFU opens up in the box and waits for a pass, but instead Totti and Batistuta score masterpieces
Sabitzer has been exposed to coronavirus in April
In the 90s, the Russian club played in the Finnish championship: the players carried cigarettes, the President went on the field. It ended because of the default
Flick about Holand: it is the first season, so it is too early to compare it with Levandovsky
Felix sprained a knee ligament in training. This is his 3rd injury of the season at Atletico