Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Hüseyn Həsənovun adı daha bir “qara siyahı”ya düşdü -

Rusiya Blogerlər və Agentliklər Assosiasiyası influenser bazarının üzvlərinin "qara siyahı"sını yeniləyib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, assosiasiyanın saytında təqdim olunan siyahı iki kateqoriyaya bölünür - "qəhvəyi" (ciddi reputasiya riski olan blogerlər) və "qara" (ciddi pozuntuları olan blogerlər).

Birinci siyahıda, yəni qəhvəyi siyahıda Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov da var. Onun adının qarşısında Hüseynin sistematik olaraq qanunu pozduğu yazılıb.

Qeyd edək ki, daha əvvəl Hüseyn və Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən gimnast Samirə Mustafayeva vergidən yayınma və çirkli pulların yuyulmasında iştirakı iddialarına görə yoxlanılıb. Onların adları Rusiyanın Daxili İşlər Nazirliyinin tərtib etdiyi "qara siyahı"ya salınıb.

Bundan əvvəl o da məlum olub ki, Rusiya polisi Hüseyn Həsənova qarşı əlavə yoxlama aparır.

Milli.Az