Azerbaijan

İnfeksionistdən ÇAĞIRIŞ - Hər birimiz potensial xəstə ola bilərik, bunu unutmayaq!

Hər kəsdə bir axrayınlıq hissi var. Hamı elə düşünür ki, koronavirusa yoluxmayacaq. Səbəbini bilmirəm, öz təcrübələrimə əsaslanaraq deyirəm ki, hətta xəstəliyi keçirən şəxslər arasında bir həftə yüksək temperaturu, infeksiyanın müəyyən əlamətləri olmasına baxmayaraq, həkimə vaxtında müraicət etməyən xəstələr olur. Maraqlıdır ki, həkimə müraciət etdikdən sonra da bizi inandırmağa çalışır ki, bu, koronavirus deyil.

Publika.az xəbər verir ki, bu sözləri həkim-infeksionist Nəzrin Mustafayeva deyib.

Ekspert qeyd edib ki, hər birimiz potensial xəstə ola bilərik: “Xəstələr bəhanə gətirir ki, xəstəliyi hər il eyni əlamətlərlə keçirirlər və ya soyuq su içdiyi üçün xəstələniblər. Yoluxmaların sayının artması buradan da irəli gəlir. Mövsüm dəyişməsi, havaların soyuması, insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi risk faktorlarıdır. İnsanlar maskalardan istifadə edir, bunu artıq vərdiş halına gətirmişik. Problem ondadır ki, maskalardan düzgün istifadə olunmur, maskanı ya sadəcə ağız hissəsində saxlayırlar, ya da çənəyə salırlar. Maska həm ağız, həm də burun nahiyəsini tam örtməlidir ki, qoruyuculuğu olsun. Ən azından bununla başqalarını qorumuş olarıq”.

Həkim qeyd edib ki, yeni növ koronavirus infeksiyasının əsas simptomları öskürək, hərarət, təngənəfəslik, iybilmə və dadbilmə duyğusunun itməsi olsa da, hər kəsdə bütün bu əlamətlər müşahidə olunmur: “İlk günlərdə adi halsızlıq, yüngül baş ağrısı belə koronavirusun xəbərçisi ola bilər. İnsanlar bunu ciddi qəbul etmədiyi üçün başqalarını da yoluxdurmuş olur. Yalnız ağırlaşma baş verdikdə həkimə müraciət olunur. Odur ki, belə hallar müşahidə olunarsa, dərhal özünüzü izolyasiya etməli, maska taxmalı və həkim müayinəsindən keçməlisiniz.

Arxayınlaşmayaq, dostlar. Kimdən yoluxdum, harda yoluxdum deyib vaxt itirməməliyik, ən əhəmiyyətsiz halsızlıq belə xəstəlik əlaməti ola bilər. Xəstəlik çox amansızdır, ilk günlər hərarət, öskürək verməyə bilər, amma biz arxayınlaşıb əzizlərimizi, yaşlılarımızı xəstələndirə bilərik. Hər birimiz potensial xəstə ola bilərik, bunu unutmayaq!”

Aytən Məftun

Football news:

I didn't see the greatness of Maradona at all. But I can't stop thinking about it
Carvajal will miss 4 matches of Real Madrid and plans to return to the Derby with Atletico
Messi always went a lot without the ball. Best of all, this problem was solved Guardiola
Trent on the Premier League calendar: something Needs to change. We do not have time to recover, it leads to injuries
Emir Kusturica: Ronaldo is an ideal, he earned a lot of money, but where is his personality? What can he tell you? Nothing
Maradona is the best dribbler with a phenomenal number of goals and assists. But is it true that he won Serie A alone?
Italian championship. Juventus will play Benevento, Atalanta Miranchuk against Verona, Inter away to Sassuolo