Azerbaijan

"İnsanlar elə bilirlər ki, virus yoxa çıxıb" -

"Bu gündən qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və müxtəlif istehsal sahələrinin fəaliyyəti bərpa olunub. Karantin tədbirlərinin yumşaldılması virusun yoxa çıxması anlamına gəlmir. İnsanlara məsuliyyətli olmağı və qaydalara əməl etməyi tövsiyə edirəm".

Milli.Az bildirir ki, bu sözləri publika.az-a açıqlamasında baş infeksionist Cəlal İsayev deyib.

O bildirib ki, istər sərt karantin, istərsə də karantin rejiminin yumşaldılması dövründə vətəndaşlar qaydalara əməl etməlidir: "Artıq xeyli yumşalmalar var, yaxın gələcəkdə də nəzərdə tutulur ki, bu, davam etdirilsin. Bütün hallarda biz 3 əsas qaydaya riayət etməliyik: Maskadan istifadə etməli, sosial məsafə saxlamalı və kütləvi toplaşma yerlərindən uzaq olmalıyıq. Bu 3 məsələyə əməl olunsa, istənilən halda öndə olacağıq. Gigiyena qaydası isə hər zaman lazımdır".

C.İsayev qeyd edib ki, insanlar mağazalara gedərkən əllərini tanış olmayan əşyaya vurduqda dezinfeksiya etməlidirlər: "İnfeksiya təhlükəsi varsa, buna əməl etməliyik ki, virusa yoluxmayaq və xəstəlik təkrar yayılmasın. Qarşıdan payız mövsümü gəlir. Ona qədər biz qaydalara tam şəkildə əməl etsək, yoluxmalar xeyli azalacaq. Artıq bu qaydalar əksər insanlarda vərdiş halını alıb. Mən bütün insanları buna əməl etməyə çağırıram. Bir qrup şəxslər səhlənkarlıq edirlər. Karantin tədbirləri yumşaldılanda elə bilirlər ki, virus yoxa çıxıb. Virus var və pandemiya davam edir. İnsanlar yumşalma tədbirlərinin davamlı və qalıcı olmasını istəyirlərsə, qaydalara əməl etməlidirlər. Hər birimiz karantin rejimindən yorulmuşuq və bu bəladan tezliklə qurtulmalıyıq".

Milli.Az

Football news:

What kind of goalkeeper did Chelsea take? Edouard Mendy was out of work 6 years ago, impressed the Czech and will replace Kepu
Solskjaer on Manchester United signing only van de Beek: You show disrespect to Donny, he's a top player
Milan want to sign striker Bude-Glimt Hauge. He scored them in the Europa League on Thursday
Rivaldo: Barcelona will not be easy without Suarez's goals
Munir from Seville was forced by FIFA to rewrite the rules. Now players can change the national team
Lampard will talk to Kepa and Caballero after signing Mendy
Ralf Rangnick: Havertz - Cruyff of the present day. I don't see any weaknesses in his game