Azerbaijan

İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində aşağıdakı dəyişikliklər edilir:

Məcəllərə aşağıdakı məzmunda 28.3-1-ci maddə əlavə edilir:

“28.3-1. Məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur.”.

154.3-cü maddə aşağıdakı redaksiyada verilir:

“154.3. İcra məmuru:

154.3.1. barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş şəxslərin qeydiyyatını aparır, onlara tənbehin icrasının qayda və şərtlərini izah edir;

154.3.2. barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş şəxslərə elektron nəzarət vasitəsini təqdim etməklə, həmin vasitəni ictimai işlərin yerinə yetirildiyi vaxtların cədvəlinə uyğun üzərlərində daşımalı, istifadə etməli olduqlarını, işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydalarını, habelə hər hansı müdaxilənin və ya elektron nəzarət vasitəsindən istifadədən imtina edilməsinin yolverilməzliyini izah edir və bu barədə protokol tərtib edir;

154.3.3. barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş şəxslərin davranışına, onların ictimai işlərin yerinə yetirilməli olduğu yerlərə vaxtında gəlmələrinə və həmin yerləri müəyyən olunmuş vaxtdan sonra tərk etmələrinə nəzarət edir;

154.3.4. barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş şəxslərin işləmiş olduğu vaxtın uçotunu aparır, ayda iki dəfədən az olmayaraq, şəxsin ictimai işləri yerinə yetirməli olduğu vaxtlarda həmin işlərin görüldüyü yerlərə baş çəkməklə protokol tərtib edir;

154.3.5. ictimai işlər növündə inzibati tənbehin bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilməsi üçün digər tədbirləri görür.”.

Məcəlləyə, həmçinin aşağıdakı məzmunda 156-1-ci maddə əlavə edilir:

“Maddə 156-1. İnzibati tənbeh tətbiq etmə zamanı elektron nəzarət vasitələrinin tətbiqi xüsusiyyətləri

156-1.1. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir.

156-1.2. Elektron nəzarət vasitələrinin tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

156-1.3. Elektron nəzarət vasitələri tətbiq edilmiş şəxslərin müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir.

156-1.4. Elektron nəzarət vasitələri tətbiq edilmiş şəxslərə elektron nəzarət vasitəsi təqdim olunur və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin yolverilməzliyi, həmçinin bu əməlin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir.

156-1.5. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur.”.

Eyni zamanda, 529-cu maddənin “Qeyd” hissəsinə aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilir:

“2.2-1. elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etmək, onu zədələmək və ya digər üsulla yararsız vəziyyətə salmaq, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməmək;”.

Football news:

The package goes to Lyon for 21 million euros. Milan will get a percentage of the midfielder's resale
Sancho and Buerki will not play against Bayern in the German super Cup match. They have SARS
The Commission on the vote of no confidence in Bartomeu started its work. Within 10 working days, it will check the collected signatures
Gian Piero Gasperini: Today, only Juventus and Inter can talk about the scudetto. Maybe even Napoli
Juventus contacted Lyon yesterday about Aouar's transfer. There has been no offer yet
Lyon is ready to lower the price of Depay. Now the club demands 25 million euros from Barca
The Oxford bus was blocked for 6 hours due to antiseptic. I had to take a taxi to the match