Azerbaijan

İqtisadiyyat Nazirliyi bir sıra sahibkarlıq subyektlərinə müraciət etdi

İqtisadiyyat Nazirliyi maliyyə dəstəyinin göstərilməsi ilə bağlı bir sıra sahibkarlıq subyektlərinə müraciət edib.

Nazirlikdən Milli.Az-a bildirilib ki, koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlı proqramın icrası davam etdirilir.

Maliyyə dəstəyindən yararlanmaq üçün müəyyən olunmuş meyarlara cavab verən vergi ödəyicilərinin İnternet Vergi İdarəsində mövcud olan şəxsi elektron kabinetlərinə Bildirişlərin və mobil telefonlarına SMS-lərin göndərilməsinə baxmayaraq bir sıra sahibkarlıq subyektləri tərəfindən hələ də müraciət daxil olmayıb.

Proqramın yaxın vaxtlarda başa çatacağını nəzərə alaraq, Nazirliyə müraciət etməmiş vergi ödəyicilərinin onların şəxsi elektron kabinetlərində yaradılmış "Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı" bölməsindən elektron formada İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinə müraciət etmələri xahiş olunur.

Milli.Az

Football news:

The Champions League final will be moved from Turkey. The match may take place in Lisbon (NY Times)
Inter have activated the option to extend young's contract and want to keep Sanchez in the team
5 matches of the Premier League and the championship game of Liverpool will be held on neutral fields at the request of the police
Rosel on prison in Spain: one idiot said I was a fucking Catalan and all Catalans should die
We went to the Danish stadium through Zoom: a 40-meter screen with video, a bulldog fan and attempts to sing at a distance of thousands of km
Werner will not transfer to Inter
Flick about comparisons with Heynckes: He's on a different level. Jupp had been successful for years, and I only came in November