logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo
star Bookmark: Tag Tag Tag Tag Tag
Azerbaijan

İran prezidentinin istefa verəcəyi iddiası

İranda ölkə başçısı Həsən Ruhaninin istefaya gedəcəyi ilə bağlı şayiələr yayılıb.

Bu barədə “Al-Monitor” elektron qəzeti yazıb.

Nəşr sözügedən iddiaların arxasında keçmiş deputat Əlirza Zakaninin dayandığını qeyd edib.

İddiaya görə, Ə.Zakani ötən həftə mühafizəkar deputatlarla görüş zamanı deyib ki, hakimiyyət ABŞ-la danışıqların başlanmasına nail ola bilməyəcəyi təqdirdə, H.Ruhani istefaya gedəcək.

Sözügedən məsələyə artıq rəsmi münasibət bildirilib. İran hökumətinin rəsmi nümayəndəsi və Ruhaninin köməkçisi Əli Rabi məsələ ilə bağlı deyib:

“Ruhani prezidentlik müddətinin başa çatmasına qədər ölkəmizlə qalacaq”.(oxu.az)

Themes
ICO