Azerbaijan

İş adamının sifarişi ilə dünyanın ən bahalı tibbi maskası hazırlanır -

ABŞ-da yaşayan çinli iş adamı İsrailin "Yvel" zərgərlik şirkətinə qızıldan maska hazırlamağı sifariş edib.

Milli.Az xəbər verir ki, bu barədə "Assoşieyted Press" agentliyi məlumat yayıb.

Xəbərə görə, bu maska müştəriyə 1,5 milyon dollara başa gələcək.

Şirkətin sahibi İsaak Levinin sözlərinə görə, 18 karatlıq ağ qızıldan hazırlanacaq maska 3600 ağ və qara brilyant ilə bəzədiləcək. Alıcının istəyi ilə infeksiyadan qorunmaq üçün birinci dərəcəli N99 filtrləri ilə də təchiz olunacaq.

Çinli iş adamı şirkətə 2 şərt irəli sürüb. Birincisi, maska ​​ilin sonunadək hazır olmalıdır. İkincisi isə bu seqmentdə dünyanın ən bahalı məhsulu olmalıdır. İsaak Levin ikinci şərtin ən asan olduğunu bildirib. O qeyd edib ki, belə bahalı bir maskanın hazırlanması ​​yüz milyonlarla insanın işini və qazancını itirdiyi iqtisadi böhran dövründə onlar üçün sevindirici hal deyil. Lakin bu sifariş onun işçiləri üçün belə çətin şəraitdə fürsət olub.

Zərgərlər məhsulun təxminən 270 qram ağırlığında olacağını təxmin edir. Bu da adi tibbi maska ​​ilə müqayisədə demək olar ki, 100 dəfə ağırdır. (publika.az)

Milli.Az

Football news:

Ronald Koeman: It's normal for Messi to be sad about a friend leaving. Leo is a model for everyone in training
Brighton are the kings of bad luck. Set a Premier League record on bars (5 times per match!), lost to Manchester United due to a penalty after the final whistle
Solskjaer on 3-2 with Brighton: Manchester United deserved one point, no more. Good thing there is no Mourinho to measure the goal
Brighton coach on 2:3 with Manchester United: Sometimes life is unfair. We dominated
The referee blew the final whistle, but after VAR awarded a penalty in favor of Manchester United. Bruno scored in the 99th minute after Brighton's goal in the 95th
Koeman on Suarez's departure: I'm not the villain in this movie. This is the club's decision
Maguire scored the 2nd goal for Manchester United in the Premier League and the first since February